
“Hər oxuyan Molla Pənah olmaz” deyiblər. Hər şair də Vaqif olmur. Nə Molla Pənah Vaqif, nə Səmədoğlu Vaqif… Vaqif Səmədoğlu yaradıcılığı poeziyazımızda da, dramaturgiyamızda da təkrarsız, unikal hadisədir. Əlli-əlli beş il bundan əvvəl Vaqifin ilk şeirləri meydana çıxanda bunu çox az adam başa düşürdü. İndi müqayisəedilməz dərəcədə çox adam başa düşür. Gün gələcək bunu başa düşməyən qalmayacaq. İlk şeirlərindən o, ədəbiyyatımıza əyalətçilik çəpərlərini aşaraq gəldi. Əyalətçilik yalnız coğrafi anlayış deyil, əyalətçilik zamanının ucqarında qalmaq, dövrün nəbzini duymamaq, dünyanın dərdinə, Füzuli demiş “qəmi aləmə” biganə qalmaqdır.
Ən uzaq əyalət insanın öz içindədir: planetin ən azman şəhərlərində yaşayıb mahiyyət etibarı ilə əyalət adamı ola bilərsən. Vaqif şəhərlidir, şəhər şairi deyil, kənd şairi də olmadığı kimi, o dünyanı bütünlüklə-kül halında hər üzünə-şəhərinə, kəndinə, keçmişinə, indisinə, gələcəyinə, ağrısına, acısına, sevincinə-bir sözlə, hər sirrinə vaqif olan sənətkardır. Vaqif Səmədoğlunun vaqifliyi də bundadır.
Bu aləmə daxil olandan sonra görürsən ki, “mən qaranlıq deyiləm” deyən şairin yaşadığı dünya işıqlı, təmiz, zəngindir. Buruada əsl sevginin, həqiqi gözəlliyin nə olduğunu daha düzgün anlayırsan. Anlayırsan ki, şeir tənqid, tərif, tərənnüm, təbliğat vasitəsi deyilmiş. Şeir mənəvi saflığın, gözəlliyin bir üzü imiş. Tənhalıq, sükut, yaddaş, ölüm, ayrılıq haqqında yeni söz eşidirsən. Mühitin zəmanənin yetişdirdiyi yox, Allahın yaratdığı böyük, əzəmətli, canlıların alisi-İnsanla rastlaşırsan.
Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu,öldü şairin
Sənin xəbərin olmadı.
Poeziya duadan başlayır. Başqa sayaq da demək olar. Tarixdən məlumdur ki, poeziya dua kimi başlanmışdır. Bir sənət növü kimi, bədii söz kimi dua şəklində meydana gəlmişdir. Buna qədim Tövrat, incil, Quran mətnləri də misaldır, Şaman ayinləri də…
Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün beşikdən məzara, olumdan ölümə qədərki yolun sonsuzluğudur. Onun şeirlərində həyat eşqi, yaşamaq yanğısı o qədər qeyri-adidir ki, kifayət qədər kədərli və kifayət qədər ağrılı notlarla qarşılaşsan da, bu hissiyyat səni pessimist olmağa qoymur. Ən kədərli şeirində belə Vaqif Səmədoğlu səndə ölüm həyəcanı, dünyadan ayrılmaq duyğusu yaratmır.
Vaqif Səmədoğluya filosof-şair təyiniylə yanaşmaq heç bir çətinlik törətmir. Çünki onun poeziyası başdan-ayağa fəlsəfi ahəng üstündə köklənib. Bu, həyatın fəlsəfəsidir. Düşüncələrin poeziya şəklində ifadəsidir.
Əbədi narahatlıq nədən doğur? İnsan mövcudluğunu yalnız nəyəsə nail olmaq, nələrisə əldə eləmək, rahatlıq və bolluq içində nəfəs almaq kimi obıvatel düşüncəyə sərf eləmək deyil, həyatın, dünyanın, səni əhatə edən mühitin dərkinə səfərbər etmək insanı sonsuz sayda suallar qarşısında qoyur. Vaqif Səmədoğlunun poeziyası bu sualların cavabıdır.
Vaqif Səmədoğlu poeziyasını son zamanlar dekadentizm ədəbi cərəyanı çərçivəsində təhlil edirlər. İfrat fərdiyyətçilik və pessimizm, ictimai həyata etinasızlıq, şəxsiyyətin görüşlərindəki, əhval-ruhiyyəsindəki düşgünlük – vaxtilə, Sovet dönəmində, sosrealizm zamanında dekadentizmi bu cür səciyyələndirirdilər. İndi necə, nə dəyişilib? Sırf kədər fəlsəfəsi, insanın kədərlə “qol-boyun olması”, ölümlə bağlı düşüncələr, dünya ilə küskün mövqedə dayanan “mən” in tənhalığı-indi şeirimizdəki “çöküş fəlsəfəsi”ni belə mənalandırırlar. Doğrudan da, Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın-faniliyin içində əzab çəkirmiş. Nəsimi deyirdi: “Olmuşam dərdü-fəraqından zəif ol həddə kim, Gətirəməzlər xəyala nəqşimi nəqqaşilər”. Bu beyt klassik poeziyanın lirik qəhrəmanının əzablarının böyüklüyünü fantastik dərəcədə göz önündə canlandırır, romantika özünün ən yüksək zirvəsinə çatır. Amma Vaqifin şeirlərində günün, zamanın əzablarından doğub içindən fəvvarə vuran dərdlər baş alır…
Doğuldum 1939-da, 1937-də tutuldum… Dogumları eyni aya, eyni günə düşən bu üç böyük şairi həm də poeziyaya olan bağlılıq birləşdirir. Qitar səsini İspan poeziyasına hopduran Lorkanı, tar nəfəsini, tar sözünü şeirimizə qaytaran Müşfiqi və caz, klassik musiqini şeir diliylə danışdıran, -Minorda ömür sürüb, Majorda ölmək-Baxın əsəri kimi… -deyən Vaqif Səmədoğlunu.
“Susan şair” ifadəsi Vaqifin ədəbi taleyinin rəmzinə çevrildi. Çap olunmamaqla o, özünü sovet senzurasının təzyiqlərindən qorudu və bir şair kimi öz azadlığını, ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Heç bir ideoloji-siyasi tələblərə boyun əymədən öz poetik “mən”inə sığınaraq susmaq əzabını yaşadı, təsəllisini “Şair sözündən qorxan ya cəllad, ya dəlidir”, aforizmində tapdı. Hansı janrda yazırsa yazsın – şeir, pyes, kinossenari, pritça, mahnı mətni-onun böyük istedadı görünür. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəltmişdi. Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır.Onun yaradıcılığı milli mənbələrlə sıx bağlı olduğu üçün çox qüvvətli və zəngindir. Pyesləri tutarlı sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən sənətkarın özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Qeneralın son əmri”, “Mamoy kişinin yuxuları” tragikomediyaları və “Yaşıl eynəkli adam” trilogiyası,”Yumurta” kimi televiziya filmləri tamaşıçı məhəbbəti qazanmışdı. Vaqif Səmədoğlunun əsərlərində bütün gülüşlərin arxasında insanı düşündürən, silkələyib ayıldan bir kədər dayanır. Onun pyeslərində diqqəti çəkən həm də personajların dilidir. Hər kəs öz dilində danışır. İstər ləhcə, şivə, istərsə də daxili nitq, məntiqi fikir. Bir çox əsərlərində səslənən fikir və deyimlər xalq arasında folklor nümunəsi kimi yayılmışdı.
Poeziyadakı Vaqif Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.
Səmədoğlu milli-bədii təfəkkürə, qlobal bəşəri-dünyagörüşə əsaslanan fundamental ədəbi-ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.
80-cı illərin sonlarında Vaqif Səmədoğlu Azərbaycanda başlanan milli-azadlıq hərəkatının fəallarından biri olduqda, bu onu tanıyanları təəccübləndirmədi.Çünki Vaqif Səmədoğlu öz poeziyasıyla totalitar şüuru alt-üst edən və özünün iç mübarizəsində İstiqlalını qazanan birincilərdən idi. O, xalqımızın o dövrdə siyasi və sosial sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək, dünyada tənha olduğunu elan etmiş və “Milli Tənhalıq”anlayışını işlətmişmişdir.
Haraya hay verməyib,
Dünya keçir kar kimi.
Bir kor dəyir divara
Bizim dualar kimi…
İnsanilik, müdriklik, qətiyyət Vaqif Səmədoğlunun şəxsiyyətini səciyyələndirən əsas amillərdir.Qlobal düşüncə sahibi olan sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmiş, öz sözünü demişdir. Bu cəhət onun Milli Məclisin deputatı kimi də fəaliyyətinə xasdır. O, beynəlxalq və Avropa qurumlarının tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil etmiş, ictimai-siyasi məsələlərin müzakirəsində özünün prinsipal ölçülü mövqeyi ilə seçilmişdi. Bir insan kimi həddən artıq təvazökar olan V.Səmədoğlunun incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi. Bu xüsusiyyətlər ona xarici deputatların da hörmətini, sevgisini qazandırmışdı.
“Susan şair” ifadəsi Vaqif Səmədoğlunun ədəbi taleyinin rəmzinə çevrildi. Çap olunmamaqla o, özünü sovet senzurasının təzyiqlərindən qorudu və bir şair kimi öz azadlığını, ideya, fikir azadlığını qoruyub saxlaya bildi. Heç bir ideoloji-siyasi tələblərə boyun əymədən öz poetik “mən” inə sığınaraq susmaq əzabını yaşadı, təsəllisini “Şair sözündən qorxan ya cəllad, ya dəlidir”, aforizmində tapdı.
Etiraf edilməlidir ki, nə vaxtsa yazdıqlarının üzə çıxa biləcəyi ümidinin çox cüzi olmasına baxmayaraq Vaqifin sınmaması, yorulmadan, usanmadan hər gün yaza bilməsi, sözün əsl mənasında şair hünəri idi.
Şairin şeir kitabları yalnız müstəqillik illərində işıq üzü görə bildi. 24 ildən sonra çap olunan şeirləri sübut etdi ki, Vaqifin şeirləri siyasi quruluşların, ictimai təsisatların fövqündə, zamanın fövqündə duran poeziyadır. Dünyəvi və yaşardır.
Poeziya aləmində özünəməxsus dərin dəst-xətti olan Vaqif Səmədoğlu Azərbaycan şeirinin novatorlarındandır. Onun bütün poeziyası özünü, öz daxilini anlamaq, onun dərinliklərinə varid olmaq ehtirasıdır. Eyni zamanda şeirləri həyatın,cəmiyyətin, insan psixologiyasının fəlsəfi təhlilidir. Onun şeirlərinin adı yoxdur. Şeirlərinin sonunda isə adətən üç nöqtə qoyulur. Məzmun etibarıyla Vaqif Səmədoğlunun poeziyasında Şərq şairlərindən gələn fəlsəfi dərinlik var. Eyni zamanda onun şeirləri çağdaş şeirlərdir.
Allah, Azadlıq, Tənhalıq, Ölüm-V. Səmədoğlu poeziyasının əsas mövzulardır. Bu mövzuların hər birində o orijinaldır, yenidir. Onun “Allaha müraciət” mövzulu şeirləri poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı.
Ulu Tanrı…Yaradıcılığa gəldiyi ilk gündən Allahla aramsız dərdləşmənin məntiqi nəticəsi kimi Vaqif dərindən dərin bir
Poeziyadakı Səmədoğlu ilə dramaturgiyadakı Vaqif Səmədoğlunu müqayisə edənlər onları bir-birindən fərqləndirirlər: Nədən onun şeirlərindəki kədərlə pyeslərindəki zahiri nikbinlik bir təzad təşkil edir? Buna Vaqif Səmədoğlu belə cavab verirdi: “Heç bir ziddiyyət yoxdur. Mənim yaradıcılığım hamısı bir şeirdir”.
V.Səmədoğlu milli-bədii təfəkkürə, qlobal bəşəri-dünyagörüşə əsaslanan fundamental ədəbi-ənənə yaratmışdır. Onun əsərlərinin ideya-fəlsəfi dərinliyi imkan verir ki, gələcək ədəbi nəsillər bu irsdən dəyərli mənbə kimi örnək götürsünlər.
80-cı illərin sonlarında Vaqif Səmədoğlu Azərbaycanda başlanan milli-azadlıq hərəkatının fəallarından biri olduqda, bu onu tanıyanları təəccübləndirmədi.Çünki Vaqif Səmədoğlu öz poeziyasıyla totalitar şüuru alt-üst edən və özünün iç mübarizəsində İstiqlalını qazanan birincilərdən idi. O, xalqımızın o dövrdə siyasi və sosial sarsıntılar içərisindəki əhval-ruhiyyəsini dəqiq ifadə edərək, dünyada tənha olduğunu elan etmiş və “Milli Tənhalıq”anlayışını işlətmişmişdir.
İnsanilik, müdriklik, qətiyyət Vaqif Səmədoğlunun şəxsiyyətini səciyyələndirən əsas amillərdir.Qlobal düşüncə sahibi olan sənətkar hadisələrə təmkinli, ayıq, fərqli baxışı ilə seçilmiş, öz sözünü demişdir. Bu cəhət onun Milli Məclisin deputatı kimi də fəaliyyətinə xasdır. O, beynəlxalq və Avropa qurumlarının tədbirlərində Azərbaycanı ləyaqətlə təmsil etmiş, ictimai-siyasi məsələlərin müzakirəsində özünün prinsipal ölçülü mövqeyi ilə seçilmişdi. Bir insan kimi həddən artıq təvazökar olan Vaqif Səmədoğlunun incə yumoru, yüksək intellektual səviyyəsi, sadəliyi onunla həmsöhbət olanları məftun edirdi. Bu xüsusiyyətlər ona xarici deputatların da hörmətini, sevgisini qazandırmışdı.
Onun poetik düşüncələrinin coğrafi sərhədləri və imkanları çox geniş və zəngindir. Şairin bütün yaradıcılığının ruhunu təşkil edən təbilik və müasirlik, güclü vətənpərvərlik və xəlqilik, dərin beynəlmiləlçilik ideyaları, zəngin, incə, oynaq formada, yüksək obrazlarla öz bədii həllini tapır. Sülh, azadlıq, demokratiya uğrunda mübarizə Vaqif Səmədoğlunun yaradıcılığında geniş yer tutur. Şair bu mövzunu həmişə vətən və xalq anlayışı ilə vəhdətdə görür.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr vermişdir. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaratmışdır. O, müraciət etdiyi rəgarəng mövzularda vətənin parlaq obrazını daim diqqət mərkəzində saxlayırdı.
Ədəbi tənqidin həmişə fikir poeziyası kimi byüksək dəyərləndirdiyi Vaqif Səmədoğlu lirikası bəşəriliklə milliliyi özündə birləşdirməklə, mənalı yaşamağa çalışması və düşünməyə sövqetməsi sayəsində geniş oxucu kütləsinin rəğbəsini qazanmışdır. Müasir dövrlə ahəngdar surətdə sıx bağlanan sənətkar ənənə ilə novatorluğun vəhdətində, sərbəst şeirin də imkanlarından istifadə edərək, müasir insanların psixologiyasının dolğun və əhatəli təsvirinə nail olmuşdur. Onun ədəbi varisi olaraq doğma dilin tükənməz imkanlarından ustalıqla bəhrələnən şairin sözlərinə bu gün də sevilə-sevilə oxunan çox sayda mahnılar bəstələnmişdir. O, teatr və kino üçün yüksək keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən , diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirmişdir.
Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınırdı. O, azərbaycançılıq məfkurəsindən çıxış edərək mədəniyyətimizin inkişafı, milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması üçün qüvvə və bacarığını əsirgəmirdi.
Aynur Turan
Subyekt.az