![]()
29 iyul – 9 avqust tarixlərində Qazaxıstanın paytaxtı Astana “Samruk-Kazyna”nın dəstəyi ilə keçiriləcək “Gələcəyin Oyunları 2026” (Games of the Future – GOTF 2026) beynəlxalq turnirinə ev sahibliyi edəcək. Turnir ənənəvi idman növlərini, kibersportu və müasir rəqəmsal texnologiyaları vahid platformada birləşdirən unikal beynəlxalq idman layihəsi kimi diqqət çəkir.
Subyekt.az xəbər verir ki, yarışlarda dünyanın 50-dən çox millətini təmsil edən 800-dən artıq idmançı iştirak edəcək. Onlar turnirin proqramına daxil edilmiş səkkiz rəsmi ficiital (phygital) və kibersport növü üzrə mübarizə aparacaqlar.
Ficiital formatının əsas xüsusiyyəti ondan ibarətdir ki, iştirakçılar əvvəlcə rəqəmsal platformada yarışır, daha sonra isə eyni qarşılaşmanı real idman meydançalarında – futbol və basketbol meydanlarında, döyüş arenasında və ya rəqs səhnəsində davam etdirirlər. Yekun nəticə hər iki mərhələdə nümayiş etdirilən performans əsasında müəyyən edilir.
Turnirin proqramı
- 29 iyul – 3 avqust: Phygital Basketball (Halyk Fund-un dəstəyi ilə)
- 31 iyul – 2 avqust: Battle Royale – PUBG BATTLEGROUNDS (Alatau City Bank)
- 2–5 avqust: MOBA PC – Dota 2 (CenterCredit)
- 4–8 avqust: Phygital Shooter – Counter-Strike 2 (Yandex GO)
- 4–9 avqust: Phygital Football – UFL (Samruk-Kazyna)
- 6–9 avqust: MOBA Mobile – Mobile Legends: Bang Bang (FREEDOM)
- 6–7 avqust: Phygital Dancing (Solidcore Resources)
- 8 avqust: Phygital Fighting (Kazzinc)
Turnirdə dünya kibersportunun və peşəkar idmanın tanınmış komandaları – Team Spirit, T1, Team Falcons, Boca Juniors, Valencia Basket, LGD.Pinghu və NOVAQ da iştirak edəcəklər.
Qazaxıstan bütün səkkiz yarış növü üzrə öz təmsilçiləri ilə çıxış edəcək. Ölkəni ACF x Allur, UEL Team, GTB KZ, PBC Astana, Future Nomads, Rune Eaters, DIGA Esports, NOVAQ, TeamKZ komandaları, eləcə də idmançı Gülnaz Amanqali təmsil edəcək.
Açılış mərasimi canlı yayımlanacaq
Turnirin rəsmi açılış mərasimi 29 iyul saat 17:00-da (Qazaxıstan vaxtı ilə) keçiriləcək. Mərasim “Jibek Joly”, Qazsport və “Xabar” televiziya kanalları, həmçinin GOTF Astana 2026 Powered by Samruk-Kazyna rəsmi YouTube kanalı və Phygital+ platforması vasitəsilə canlı yayımlanacaq.
Açılış proqramında süni intellekt əsaslı vizual qrafika, genişmiqyaslı LED instalyasiyalar, lazer və işıq şouları, robotlaşdırılmış elementlər və müasir səhnə texnologiyalarından istifadə olunacaq.
Yarışların keçiriləcəyi idman obyektləri
Turnir Astananın dörd aparıcı idman kompleksində təşkil olunacaq:
- Qazaqstan Yüngül Atletika İdman Kompleksi;
- Jaqsılıq Üşkəmpirov adına Döyüş İdmanları Sarayı;
- Beeline Arena Milli Tennis Mərkəzi;
- “Barıs Arena” çoxfunksiyalı buz sarayı.
Turnirin biletləri Freedom Ticketon platforması və Freedom SuperApp mobil tətbiqi vasitəsilə satışa çıxarılıb.
KİV üçün əlaqə:
Aylana Yesbol – “Kazsportinvest” ASC-nin mətbuat katibi
E-poçt: pr@kazsportinvest.kz
Subyekt.az