![]()
Mən, vəkil Əziz Qənbərli, vətəndaşların hüquqlarının müdafiəsi ilə bağlı dəfələrlə Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişəm. Bir müddət əvvəl Agentliyin sədri cənab Qoşqar Təhməzlinin qəbulunda olmuş və onun vətəndaşlara diqqətini yüksək qiymətləndirmişdim.
Lakin 31 avqust 2025-ci il tarixində üzləşdiyim hadisə Agentliyin bəzi əməkdaşlarının davranışını ciddi şəkildə şübhə altına qoyur. Belə ki, Agentliyin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşı kimi özünü təqdim edən Toğrul adlı şəxs işin mahiyyəti üzrə verdiyim suallara cavab verə bilmədiyi üçün mənimlə qeyri-peşəkar və etikadan kənar şəkildə davranmış, hətta “Bayaqdan dil-dil ötürsən” ifadəsini işlətmişdir.
Bu cür davranış dövlət qulluqçusuna qətiyyən yaraşmır və açıq şəkildə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulmasıdır. Dövlət qurumunda vətəndaşlara hörmətsizlik nümayiş etdirilməsi, həm Agentliyin nüfuzuna, həm də dövlət-vətəndaş münasibətlərinə ciddi zərbə vurur.
Mən bu məsələ ilə bağlı Agentlik rəhbərliyindən dərhal tədbir görülməsini tələb edirəm. Eyni zamanda, baş vermiş hadisəni ətraflı şəkildə təqdim etmək üçün Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzlinin şəxsən məni qəbul edərək, dinləməsini xahiş edirəm.
Əks halda, belə halların davam etməsi ictimai etimadı sarsıdacaq və vətəndaşların dövlət orqanlarına inamına mənfi təsir göstərəcək.

Hörmətlə,
Əziz Qənbərli, vəkil
Subyekt.az