
Kəlbəcərimizdə və eləcə də, Respublikamızda özünün zəkası, biliyi, təşkilatçılıq bacarığı ilə müəllim adına şan-şöhrət gətirmiş filologiya elmlər namizədi, riyaziyatçı, politoloq, şair, tərcüməçi, təbiət və gealogiya elminə vurğun olan enksklopedik biliyə malik sevimli müəllimim Şamil Səlim oğlu Əsgərov haqqında yazı yazmağın qüruru qədər də, məsuliyyətli olduğunu anlasam da, yenə də özümdə güc tapıb bir-iki cümlə ilə sizləri də Şamilli günlərinizə qaytarmaq istədim.
Şamil müəllim Kəlbəcərin Ağcakənd kəndində çoxuşaqlı kəndli ailəsində anadan olub. Orta və ali məktəbləri yüksək qiymətlərlə və yüksək əxlaqla, yüksək təşkilatçılıq qabliyyəti ilə bitirən, el-oba dərdi ilə alışıb yanan və cavanlığından Kəlbəcərin müdrik ağsaqqal və ağbirçəklərinin hikmət bulağından su içən əvəzsiz gənc bir ziyalı olmuşdur desəm, yəqin ki, sözlərimi təsdiqləyərsiniz.
Ondan söz açsanız ümüd edirəm sizlər də mənim kimi ötən əsrin əllinci illərindən sonrakı dövürləri vərəqləyər və indiki nəslə də bir daha çatdırarsınız ki, yeniyetmə Şamil ömrünün od-alovlu gənclik çağlarında əmək fəaliyyətinə sıravi kolxozçu kimi başlamış və az bir müddətdə də işgüzarlığı, təşkilatçılığı ilə yaşıdlarından yaxşı mənada seçildiyindən kəndin gəncləri onu kolxoz komsomol təşkilat katibi seçmişlər. Gənc Şamilin təşkilatçılığı sayəsində tapşırıqları vaxtında yerinə yetirən kolxozçu-gənclər də təsərrüfat işlərinə canı-dildən yanaşaraq kolxozun təsərrüfat göstəricilərini az zaman ərzində yüksəyə qaldıraraq rayonun qabaqcıl təsərrüfatlarından biri kimi tanıtdırdıqlarından rayon gəncləri də savadı, əxlaqı, təşkilatçılığı, dövlətə sədaqəti, cəmiyyətdə sanbalı yerində olan Ağdam Dövlət Müəllimlik İnstitutunun Fizika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş gənc Şamil müəllimi özlərinin rəhbər orqanı olan Rayon Komsomol Komitəsinin Birinci Katibi vəzifəsunə yekdilliklə seçdilər.
Rayonun, sosial, mədəni, iqdisadi həyatında partiyanın, dövlətin qarşıya qoyduğu tapşırıqları məsuliyyətlə sözsüz yerinə yetirə rayonun komsomolçu-gənclərinə düzgün rəhbərlik etməsini və yüksək yaradıcılıq qabliyyətinin olmasını nəzərə alan Rayon Partiya Komitəsi onun Ali Partiya məktəbinə göndərilməsini təmin etdi.
Ali Partiya Məktəbini bitirib İkinci ali təhsil aldıqdan sonra o, rayonun ən sevilən bacarıqlı kadrlarından biri kimi irəli çəkilərək ilk olaraq, rayon Partiya Komitəsində təlimatçı, daha sonra ”Yenilik” rayon qəzetinin redaktoru, rayonun Baş Dövlət Tədarük Müfəttişi, qəsəbə orta məktəbin direktoru, Rayon İcraiyyə Komitəsinin Sədri, Rayon Xalq Maarif Şöbəsinin Müdiri, ən sonda isə özünün əlləri ilə seçib topladığı minbir rəng çalarlı təbii daşlarlarla tikdirdirdiyi dünya muzeyləri səviyyəsində nadir eksponantları olan Kəlbəcər Muzeyinin direktoru vəzifəsində ömrünün sonunadək işləyib…
Bu yorulmaz, işgüzar insan hələ sağlığında özünə rəhmət qazananlardan olmuşdu. O, ən uzaq kəndlərdə, binələrimizdə özünün nüfuzu və uzaqgörənliyi ilə yerli təşkilatların və sonrakı illərdə də dövlət təşkilatlarının hesabına ibtidai, səkgizillik, onillik məktəb binalarını tikdirdi.Təhsildən kənarda qalanların sayı minumuma endirildiyindən orta ixtisas və ali təhsil ocaqlarında, aspirant olub oxuyanların sayı inanılmaz sayda çoxaldı.
Rayon İcraiyyə Komitəsinin Sədri vəzifəsində işləyərkən əhalinin sosial, mədəni şəraitini yaxşılaşdırmaq qayğısına qalaraq vətəndaşlara, xüsusi ilə gənc ziyalı mütəxəsislərə həyətyanı torpaq sahələri ayrılmasını, onlar üçün yaşayış binalarının tikilməsini, kəndlərə yolların çəkilməsini, təmin etmək ənənəsini qoydu. Belə xeyirxah işlər bu gün də yaşlı kəlbəcərlilər tərəfindən danışılmaqdadır.
Rayonun komunal, sosial, mədəni sahələrdəki inkişafının vacibliyini Respublika rəhbərliyi qarşısında inkaredilməz dəlillərlə yüksək tribunalardan etdiyi çıxışlarında, yazılı məlumatlarında hərtərəfli açaraq məkirlərin, maneələrin qarşısının alınmasının təxirəsalınmazlığının vacibliyini siyasi, milli baxımdan açaraq əməli hərəkət etmələri tələbi ilə müraciətlər etdi. Bu baxımdan Kəlbəcərin strateji əhəmiyyətindən bu regionun yeraltı, yerüstü sərvətlərindən, Azərbaycanın Kənd Təsərrüfatının inkişaf etdirilməsi perspektivindən, elmi baxımdan izah edərək bu məsələlərin həlli üçün nüfuzlu dostlarının da gücündən istifadə edə bildi. Onlar da faktlara istinad edərək Respublikanın rəhbər orqanlarının ünvanlarına xahişlər, haqlı tənqidlər etməkdən çəkinmədilər. Bu tələb və təkliflərdən, müraciətlərdən sonra rayonda xeyli tikinti – abadlıq, quruculuq işlərinə başlanıldı, İstisu Kurortunun əhəmiyyətinin təbliği güçləndi, və gələcək inkişafının vacibliyi Respublika Nazirlər Soveti, Respublika Həmkarlar Komitəsi, Elmlər Akademiyası, Səhiyyə Nazirliyi, Geologiya Komitəsi, mətbuat orqanları, və digər nazirliklər və komitələr qarşısında qaldırıldı.
Yeri gəlmişkən, Şamil müəllimin etibarlı dost qazanmasında əvəzsiz əməyi, zəhməti olmuş Ali Partya Məktəbində oxuduqları zaman seçib sevdiyi Qax rayonunun Sarıbaş kəndindən olan həyat yoldaşı Nazilə Manafovanın yüksək insani keyfiyyətlərini, böyük bir ailəni idarə etməsini, təlim-tərbiyəsi yüksək olan övladlar yetişdirməsini, ən nəhayətdə, Şamil müəllimin gündəlik on-on beş ailəvi qonağını yüksək səviyyədə “Xoş gəlmisiz” deyərək qarşılayıb, “ yenə də gəlin” deyərək yola salmasını deməsəm, yəqin ki, qınanaram. Allah geniş qəlbli, bol çörəkli, nurlu, sevimli Nazilə müəlliməmizə rəhmət eləsin, nur içində yatsın. Amin.
Şamil müəllimin şair, filosov alim, dilçi, riyaziyyatçı kimi bütün yazılı küllüyatında elm aləmi üçün əvəzsiz yeniliklər olduğundan onun elmi fəaliyyəti, qələmindən çıxan hər bir cümləsi dərindən təhlil edilərək dilçiliklə məşğul olan İnstitutlarının proqramına salınması yəqin ki, nə vaxtsa baş tutacaqdır.
Böyük Şəhriyarın “Heydər Babaya Salam” poemasına xitabən yazdığı “Dəli Dağa Salam” poeması Kəlbəcərin təbiətinə, folkloruna, və eləcə də, minilliklər boyu yaşadılan adət-ənənələrinə, ədəbiyyat dünyasına tutulan güzgüdür desəm yəqin ki, məni dəstəkləyərsiniz.
Bu böyük insan haqqında ətraflı çox maraq doğuran heç bir yerdə indiyədək yazılmayan, mənasına diqqət yetirilməyən şeylər yazmaq olar.
Bu hərtərəfli biliyə malik alimin elmi yaradıcılığı, həyatı, nüfuzu haqqında mütamadi olmasa da mən yazmışam və yazacam da. Onun sizin kimi şagirdləri, müəllim silahdaşları, iş yoldaşları, şair, yazıçı, elm, təhsil, mətbuat sahəsində çalışan ağıl, kamal sahibləri olan dostları davam etdirsələr vətən dərdli, vətən həsrətli, vətənə vurğun Şamil müəllim ruhu rahat, şad olar. Axı, o demişdi ki;
Orman qələm olsa, dərya mürəkkəb
Kədərimdən yazsa qurtara bilməz.
Dünyanın filləri düzülsə səf-səf
Dərdimi yükləsəm apara bilməz…
Allah Şamil müəllimə rəhmət eləsin. O. Kəlbəcərin torpağını, dağını, daşını, insanlarını sevdiyi kimi Kəlbəcər eli də onu sevmiş və bu gün də rəhmət oxuya-oxuya yad etməkdədirlər.
Şamil dünyasına hörmət-etiramla yanaşan şagirdi –Əli Uluxanlı. (Abdullayev)
Bakı şəhəri, 02 may 2024-cü il.
Subyekt.az