Skip to content
14 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Qarabağ
  • Unudulmayacaq tarix
  • Qarabağ

Unudulmayacaq tarix

02 Aprel 2024
Без названия
13

Loading

Bu gün – 2 aprel Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı günüdür. Artıq dörd ildir bu tarixi məğlub ölkə kimi qeyd etmirik! Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunmuşdu.
Kəlbəcərin işğalı nəticəsində 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Rayonun 3 Milli Qəhrəmanı var. Rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəymişdi.
Hazırda Kəlbəcərin 93 000-dən çox əhalisi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.
Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. “Soltan Heydər”, “Turşsu”, “Gəlinqayası”, “Böyükdəvəgözü”ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edirdi.
Bu rayon öz ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidəni qoruyub saxlayırdı: Xudavənd məbəd kompleksi, “Laçınqaya”. Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün maddi və mənəvi sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.
İşğalda yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub. Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.
Uzun müddət işğal altında qalan Kəlbəcər rayonunun təbii sərvətləri düşmən tərəfindən talan edildi.
Bu işğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin digər qətnamələr kimi, bu sənəd də kağız üzərində qaldı.

Dünyanın yüzlərlə ölkəsinin cəmləşdiyi beynəlxalq təşkilatın 27 ildə sadəcə kağız üzərində qalan qətnaməsinin tələblərini Azərbaycan Ordusu cəmi 44 gün ərzində reallaşdırdı. Azərbaycanın müzəffər ordusu 2020-ci ilin payızında apardığı 44 günlük Vətən müharibəsi nəticəsində işğal olunmuş digər rayonlarımız kimi, Kəlbəcəri də düşmən tapdağından xilas etdi.
2020-ci il noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladığı birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu qeyd-şərtsiz tərk etməli oldu. Kəlbəcər rayonu noyabrın 25-də işğaldan azad olundu.
Bu gün Kəlbəcərin azaddı, işğal gününü qeyd etməsək də, bu tarixi unutmamalıyıq.

Subyekt.az

Continue Reading

Previous: Azərbaycan Ordusunun Aprel qələbəsindən 8 il ötür
Next: Kənd Təsərrüfatı Nazirliyi qarşısında vacib məsələ qaldırıldı

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • 14 iyul Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28-ci ildönümüdür
  • Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
  • Nazir Anar Əliyev Zəngilan rayonunda vətəndaşları qəbul edəcək
  • Şuşadan görünən postsovet coğrafiyası: imperiya kölgəsindən suverenlik işığına
  • Kəlbəcərdə 14 iyul 1989-cu il faciəsinin qurbanı olan 8 azyaşlının xatirəsi anılıb

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

747369881_1366565755458200_4578296172883915638_n
  • Ölkə
  • Tarixdə bu gün
  • Xəbərlər

14 iyul Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 28-ci ildönümüdür

14 İyul 2026
745623532_1005060569068292_3247908834459383146_n
  • Ölkə
  • Xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

14 İyul 2026
747038351_2282936869114486_3588783039673100624_n
  • Ölkə
  • Xəbərlər

Nazir Anar Əliyev Zəngilan rayonunda vətəndaşları qəbul edəcək

14 İyul 2026
IMG-20260714-WA0019
  • Dünya
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ

Şuşadan görünən postsovet coğrafiyası: imperiya kölgəsindən suverenlik işığına

14 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.