![]()
Velosiped təkcə idman deyil, həm də sağlam, ekoloji və praktik nəqliyyat vasitəsidir. Bu məqsədlə Sumqayıt şəhərində velosiped mədəniyyətinin təşviqi, şəhərin daha əlçatan velo-şəhərə çevrilməsi və gündəlik həyatda velosipeddən istifadənin genişləndirilməsi üçün bir araya gəlirik. 
Tədbir Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Sağlam Düşüncə Gənclər Təşkilatının əməkdaşlığı ilə həyata keçirilir.
Tədbirin proqramı:
– Toplanış (Sumqayıt, Heydər Əliyev Mərkəzinin qarşısı)
– Layihə və velo-yürüş haqqında məlumat və təhlükəsizlik qaydalarının izahı
– Yürüşə hazırlıq, sıralanma
– Velo-yürüş (9 KM şəhəriçi marşrut) / Marşrut linki
– Bağlanış (Sumqayıt, Bulvar yolu)
Velo-yürüş bütün Sumqayıt sakinləri üçün açıqdır. Əgər sən də şəhərimizdə velosiped istifadəsinin artmasını və daha sağlam həyat tərzinin təşviq olunmasını dəstəkləyirsənsə, bizə qoşul! 
• İştirak üçün şəxsi velosipediniz olmalıdır.
• Velosipedlə təminat nəzərdə tutulmur.
• Qeydiyyat mütləqdir.
Əlaqə üçün: 
Telefon: +994 050 370 03 23
Email: office@csyo-az.org
Subyekt.az