Zelenski “Sky News”-a müsahibəsində səfərbərlik yaşının aşağı salınması ideyasını tənqid edib.
Subyekt.az Turkustan.az-a istiadla xəbər verir ki, Ukrayna lideri Qərbdəki siyasətçilərin səfərbərlik yaşını aşağı salmaq fikrini tənqid edib. O, bu barədə Britaniyanın “Sky News” telekanalına müsahibəsində bildirib .
Ukrayna prezidenti Avropa ölkələrinin bəzi liderlərinin belə təkliflərinə işarə edib, lakin onlara cavab verib ki, Qərb silahları olmadan əsgərlər sadəcə məhv ediləcək.
“Necə istəyirsiniz ki, mən gəncləri səfərbər edim? Hara, hansı briqadaya, hansı silahla gedəcəklərini bilmirlər! Onların çoxu bunu istəyir, amma bu, məsuliyyətsizlikdir” – dedi.
Bundan əlavə, Zelenski Ukraynanın müttəfiqlərini Ukrayna Silahlı Qüvvələri briqadalarına təlim keçmək vədlərinə əməl etmədiklərinə görə tənqid edib . Onun sözlərinə görə, 2024-cü ilin sonuna Avropa və ABŞ 10 briqadadan cəmi 2,5-ni birgə təlim keçib.
Subyekt.az