![]()
Qazaxıstan Respublikasında “Müasir hüquq sistemində “Qanun və Nizam” konstitusion prinsipi: çağırışlar, innovasiyalar və həllər” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Konfransı giriş nitqi ilə Qazaxıstanın Baş prokuroru açıb. Tədbirdə Baş nazirin birinci müavini, Ali Məhkəmə Şurasının sədri, Maliyyə Monitorinqi Agentliyinin sədri, habelə BMT-nin İnkişaf Proqramı, ATƏT və BMT-nin Narkotiklər üzrə İdarəsinin nümayəndələri çıxış ediblər.
Konfransda Qazaxıstan Respublikasının Təhlükəsizlik Şurasının nümayəndələri, Kurultayın deputatları, Elm və ali təhsil naziri, İnsan hüquqları üzrə Müvəkkili, habelə Rusiya Federasiyası Prokurorluğunun Universitetinin rektoru, Türkiyə Ədalət Akademiyasının prezidenti, Özbəkistan, Qırğızıstan və İtaliyanın nümayəndələri, həmçinin məhkəmə sisteminin, dövlət orqanlarının, beynəlxalq təşkilatların və xarici təhsil müəssisələrinin təmsilçiləri, ölkənin hüquq-mühafizə və digər ali məktəblərinin rektorları, nüfuzlu hüquqşünas alimlər iştirak ediblər.
Azərbaycan Respublikasını tədbirdə Baş Prokurorluğun şöbə rəisi Əmir Ocaqverdiyev və idarə prokuroru Rəşad Əsgərov təmsil edib..
Tədbirdə çıxış edən Əmir Ocaqverdiyev ölkəmizdə kibercinayətkarlığa qarşı mübarizə sahəsində aparılan kompleks institusional və qanunvericilik tədbirləri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib, həmçinin, tədbir çərçivəsində baş tutan müzakirələrə qatılaraq iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.
Subyekt.az