![]()
Subyekt.az publika.az-a istinadla xəbər verir ki, ölkənin Cinayət Məcəlləsinə müvafiq dəyişiklikləri nəzərdə tutan qanun layihəsi gələn həftə Türkiyə Böyük Millət Məclisində müzakirə olunacaq.
Şanlıufra və Kahramanmaraşdakı təhsil müəssisələrində baş verən son silahlı hücumlar daxil olmaqla, ölkədə 18 yaşından aşağı olanlar tərəfindən törədilən ağır cinayətlərinin artmasının səbəblərini araşdıran parlament komissiyası yetkinlik yaşına çatmayan şəxslərə aid ədliyyə sistemində daha sərt cəzaların tətbiqi qənaətinə gəlib.
Qanun layihəsinə əsasən, cinayətin törədildiyi anda 15-18 yaş arasında olan şəxslər Cinayət Məcəlləsində həmin cinayətə görə ciddi rejimli koloniyada ömürlük həbs cəzası nəzərdə tutulduğu hallarda 19 ildən 27 ilə qədər həbs cəzasına məhkum ediləcəklər.
Əgər cinayətə görə cəza ümumi rejimli cəza koloniyasında ömürlük həbs cəzasını nəzərdə tutursa, yetkinlik yaşına çatmayanlar üçün həbs müddəti 15 ildən 18 ilə qədər dəyişə bilər.
Belə olan halda, hakimlər qəsdən adamöldürmə və ağırlaşdırılmış şərtlərdə hücum etmiş 15-18 yaşlılara yetkinlik yaşına çatmayanlar üçün qanunvericiliyinin müddəalarının tətbiq edilməsi barədə qərar vermək hüququna da malik olacaqlar.
Beləliklə, Türkiyədə xüsusilə ağır cinayətlər törətmiş yetkinlik yaşına çatmayanlara da ömürlük həbs cəzası veriləcək.
Subyekt.az