![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Duran X sosial şəbəkəsində paylaşdığı açıqlamada İsrailin tarixi hadisələri siyasi məqsədlər üçün istifadə etdiyini iddia edib və bu addımı “riyakar yanaşma” kimi qiymətləndirib.
O bildirib ki, İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanıması Fələstində baş verən hadisələr və beynəlxalq səviyyədə irəli sürülən ittihamların diqqətdən yayındırılmasına yönəlmiş cəhd kimi dəyərləndirilməlidir.
Burhanəddin Duran, həmçinin xəstəxanalar, məktəblər, ibadət yerləri və qaçqın düşərgələrinə hücumlarla bağlı ittihamları xatırladaraq, beynəlxalq hüququ pozmaqda günahlandırılan bir dövlətin Türkiyəyə tarix və vicdan mövzusunda dərs verməsinin qəbuledilməz olduğunu vurğulayıb.
Subyekt.az