![]()
Subyekt.az Turkustan.az-a istinadla xəbər verir ki, The Wall Street Journal (WSJ) qəzetinin məsələ ilə tanış mənbələrə istinadən yaydığı məlumata görə, Hörmüz boğazındakı son toqquşmalar Vaşinqton və Tehran arasında diplomatik təmasların davam etdirilməsi planlarına təsir edib.
Məlumata əsasən, bu həftə sonu İsveçrədə yenidən başlaması gözlənilən danışıqlar yaranmış təhlükəsizlik vəziyyəti səbəbindən dayandırılıb.
Xəbərdə həmçinin qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın iyunun əvvəlində imzaladığı anlaşma memorandumunda İranın Hörmüz boğazını beynəlxalq kommersiya gəmiçiliyi üçün açıq saxlaması ilə bağlı öhdəliyi də yer alıb.
Subyekt.az