![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Milli Kəşfiyyat Təşkilatı (MİT) Cənub-Şərqi Asiyadan yola çıxan və narkotik daşıdığı ehtimal edilən gəmi barədə kəşfiyyat məlumatı əldə edib. Gəminin Suriyanın Latakiya limanına çatmazdan əvvəl Misirin İsgəndəriyyə və Livanın Beyrut limanlarında dayandığı müəyyən olunub.
MİT-in Suriya tərəfi ilə paylaşdığı məlumatlar əsasında Türkiyə Ticarət Nazirliyinin Gömrük Nəzarəti Baş İdarəsi və Suriya Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə bölmələri tərəfindən birgə əməliyyat həyata keçirilib.
Aprelin 16-da keçirilən əməliyyat zamanı gəmidəki konteynerdə gizlədilmiş 236 kiloqram marixuana aşkar edilərək müsadirə olunub. Müsadirə edilən narkotik vasitələrin bazar dəyərinin təxminən 9–10 milyon ABŞ dolları olduğu bildirilir.
Subyekt.az