![]()
ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, İranın inkişafını alqışlayır, lakin Tehranın nüvə silahı hazırlamasına imkan verməyəcək. O bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“Onlar nüvə silahı əldə etməyəcəklər. İcazə verin açıq deyim. Mən İranı tam dəstəkləyirəm. Onların böyük ölkəyə sahib olmasını və çoxlu pul qazanmalarını istəyirəm, lakin Tehranın nüvə silahı hazırlamasına imkan verməyəcəyik”, – Tramp bildirib.
Telekanal bəyanatı şərh edərkən xatırladır ki, bu, iki ölkə arasında İranın nüvə proqramı ilə bağlı danışıqlar və Vaşinqtonun anti-İran sanksiyalarını ləğv etməsi fonunda edilib. “Fox News” qeyd edir ki, danışıqların baş tutması, eləcə də hər iki ölkənin mübahisələri diplomatik yolla həll etmək istəyini ifadə etməsi “bir növ irəliləyişdir (…), lakin davamlı irəliləyişin çox az əlamətləri var”.
Subyekt.az