![]()
Azərbaycanın azad edilmiş ərazilərində qara və əlvan metalların geoloji axtarışı və qiymətləndirilməsi işləri üzrə buruq qazma və köməkçi işləri həyata keçiriləcək.
Subyekt.az qeyd edir ki, Gundelik.az-ın məlumatına görə, sözügedən işlər Ağdam və Ağdərə rayonları ərazisində yerləşən Qalayçılar sahəsində, Xocavənd rayonunun Qızılqaya və Binə sahələrində, Laçın rayonunun Köhnəkənd sahəsində icra ediləcək. Belə ki, artıq bununla bağlı Geoloji Kəşfiyyat Agentliyi müvafiq işlərə başlayıb. Agentlik qeyd olunan işlərin 194 594 manata başa gələcəyini proqnozlaşdırıb.
Subyekt.az