Tarixin dönüş anı- 15 iyun Milli Qurtuluş Günü
Heydər yer üzünə
Tək gəldi-getdi.
Hələ sağlığında
Heykəldi-getdi.
Tarixin yaddaşına möhürünü vurmuş fövqəladə şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyev də Azərbaycan xalqının tarix boyu yetirdiyi nadir və qeyri-adi şəxsiyyətlərdən biri olaraq bu gün milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi böyük ehtiramla, rəğbətlə xatırlanır. Ümumilli lider Heydər Əliyev Azərbaycan xalqınının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. O, Azərbaycanın tərəqqi və inkişafını müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Respublikamızın bütün vətəndaşları Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün içtimaiyyətimiz haqlı olaraq dərin iftixar və qürur hissi keçirir ki, dahi şəxsiyyət, ümumilli liderimiz H.Əliyevin gecəli-gündüzlü gərgin əməyi sayəsində Azərbaycanda iqtisadi və sosial sahə surətlə inkişaf etmiş içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Bu böyük öndər ümumilli liderimiz H.Əliyevin uğuru və bizə olan töhfəsidir.
1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdi. Lakin müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarının boşluğu ilə əlamətdar idi. Ermənistanın işğalçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi.
Vətənin bu ağır dövründə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1969-1982) olmuş, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışmış, Moskvada istefa verdikdən sonra 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, bu gün şanlı tariximizə “Tarixin dönüş anı”, kimi daxil oldu.
1993-сü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyllərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. İki illik müstəqillik tarixinə baxmayaraq, ölkə təlatüm dalğasından hələ də xilas ola bilməmişdi. 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun nəzarəti altında olan hərbi hissənin hakimiyyətə itaətsizliyi isə ölkəni tamamilə xaosa sürükləyirdi. Situasiyanı nəzarətə almaq üçün hakimiyyətin atdığı tələsik addımlar vəziyyəti düzəltmədi. Əksinə, Gəncəyə yola düşən dövlət nümayəndələri girov götürüldü. Qiyamçı hərbi hissənin rəhbərliyi əvvəlcə Baş nazir və Milli Məclis sədrinin, sonra isə prezidentin istefasını tələb etdi. Vəziyyət nəzarətdən çıxır, ətraf rayonların icra başçıları zorla dəyişdirilir, Surət Hüseynovun qiyamı məhdud Gəncə civarlarından çıxaraq, üzü Bakıya doğru geniş miqyas alırdı. Ölənlər və yaralananlar var idi. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Bakıya qayıtdandan sonra Surət Hüseynovla danışıqlar aparmaq məqsədi ilə Gəncəyə yola düşən Heydər Əliyev Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Beləliklə, iyunun 15-də Milli Məclisdə Heydər Əliyev istefa vermiş İsa Qəmbərin yerinə parlamentin sədri seçildi. Sonralar millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Qurtuluş günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş günü kimi qeyd edilir. Artıq bir neçə ildir ki, xalq bu günü Heydər Əliyevin məzarını ziyarət etməklə anır. Azərbaycan xalqının milli qurtuluş günü-Azərbaycan Respublikasında rəsmi bayramlardan biri. 1997-ci ilin 15 iyun günündən bayram elan edilib. 1997-ci ildən qeyd olunan bayrama 1998-ci ildən dövlət statusu verilmişdir.
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun- Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətlərinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. XX əsrin sonlarında Sovet ittifaqı kimi nəhəng bir dövlətin süqutu imperiyadan asılı olan respublikalara müstəqillik bəxş etdi və bu müstəqil dövlətlərin meydana gəlməsi ilə nəticələndi. Yaranmış tarixi şəraitdən istifadə Azərbaycan da 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini elan etdi. Buna baxmayaraq, siyasi hakimiyyətsizlik Azərbaycanı dövlət müstəqilliyinin itirilməsi təhlükəsi qarşısında qoymuşdu. Müstəqil Azərbaycanı xarici işğaldan və daxili parçalanmadan qoruya biləcək şəxsiyyət və milli lider yox idi. O zaman xalqın belə bir milli liderə çox böyük ehtiyacı vardı. Xalq öz nicat yolunu, ömrünə Azərbaycan xalqının Azərbaycanın xilaskarlıq missiyası yazılmış Ümumilli lider, tarixi şəxsiyyət H. Əliyevdə görürdü. H.Əliyevin yenidən siyasi hakimiyyətində görür, təkidli, çoxsaylı çağırışlarla onu gözləyirdi. Bu böyük ümumxalq inamını, etibarını, etimadını H. Əliyev Azərbaycan xalqına sədaqətli, şərəfli xidməti ilə qazanmışdı. Ümumiyyətlə, Azərbaycanın içtimai-siyasi həyatının müxtəlif sahələrində əldə olunmuş uğur və nailiyyətlər birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Çünki dövlətimizin başçısı İlham Əliyev də məhz Ulu öndərin layiqli yetirməsidir.
Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, xalqımız bu yolda minlərlə şəhid verdi. Ulu öndər Heydər Əliyevin “Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir” tezisi hər bir dövr üçün aktuallığını qoruyur, birliyə, həmrəyliyə, bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyininn yenidən bərpa edilməsi ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışıdır. Bu iki hadisə bir-biri ilə sıx bağlıdır. Ümumilli liderin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı o zaman yenicə bərpa edilmiş dövlət müstəqilliyimizin başı üzərini almış və çox ciddi təhlükələrin aradan qaldırılması ilə əlaqədar idi. Bu təhlükələri yaşayan Azərbaycan xalqı ölkəni düçar olduğu vəziyyətdən xilas etmək üçün dahi şəxsiyyət Heydər Əliyevi hakimiyyətə dəvət etməklə Azərbaycanın qarşısında bugünkü uğurlarımız üçün imkanlar yaratdı.
1992-ci il oktyabrın 16-da Azərbaycanın 91 nəfər nüfuzlu ziyalısı-alimlər, müəllimlər, jurnalistlər, hüquqşünaslar, həkimlər “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə Qurtuluş hərəkatına rəhbərlik etməsi barədə rəsmi müraciət etdi. Yeni Azərbaycan uğrunda siyasi hərəkat genişlənirdi. Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təşkil edildi. AXC-Musavat iqtidarı uzun müddət öz yarıtmaz fəaliyyəti ilə ölkəni parçalanmaq həddinə çatdırdı. Vətəndaş müharibəsi üçün zəmin yarandı. Başlanmış bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən iqtidar son anda kömək üçün Heydər Əliyevə müraciət etdi. Azərbaycanın görkəmli oğlu böyük vətənpərvər Heydər Əliyev xalqın bu ağır günündə, şübhəsiz, kənardan baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib iyunun 9-da Bakıya gəldi. Bununla da daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu nəhəng şəxsiyyət həyatını təhlükə altında qoyaraq Gəncəyə getdi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz ağsaqqal sözünü dedi. Indi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdi: “Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdırlar”. Bütün Azərbaycan xalqı bu gəlişi böyük ümid və sevinclə qarşıladı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Bu gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, qurtuluş deməkdir!
Böyük şəxsiyyətləri fərqləndirən ali xüsusiyyətlərdən biri onların yalnız bu gün deyil, perspektiv barədə düşünmələri, insanların gələcək həyatında mühüm rol oynayan strateji qərarlar qəbul etmələridir. Başlanğıcda bəlkə də qanunauyğunluq kimi nəzərdən keçirilən bu qərarların sonradan ümumilikdə xalqın, dövlətin tərəqqisi, inkiaf baxımından necə əlahiddə əhəmiyyət daşıdığı daha aydın görünür. Bu mənada ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin dövlət və xalq naminə qəbul etdiyi qərarların strateji əhəmiyyətini bugünün özündə də duyur, gündəlik həyatımızda, taleyimizdə qabarıq hiss edirik… Hamımız üçün doğma və əziz olan H. Əliyev dünya şöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. O, Azərbaycanın güclü, inkişaf etmiş qüdrətli dövlətə çevrilməsi yolunda əlindən gələni əsirgəməmişdir. H.Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. H. Əliyev şəxsiyyəti, H.Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.
Biz bu gün dünənimizə, lap yaxın keçmişimizə qayıtmaq istəyirik sizlərlə. O, keçmişimizə ki, biz o anların lap yaxından şahidi olmuşuq. O ağır, qanlı-qadalı günlər gəlib keçib ömür səhifəmizdən. O keçmişimiz ki, tariximizə tarix yazılıb-15 iyun Milli Qurtuluş Günü… Qayıdış günü… Özümüzə, ölməzliyimizə qayıtdığımız Qayıdış günü…Şanlı tariximiz daha da ucaldı bu günü ilə. Zəfər marşını çaldı sanki zaman Azərbaycanımıza.
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
“Heydər Əliyev xalqımıza ulu Tanrının payıdır”-deyənlər nə qədər də haqlıdırlar. Bu deyim təsadüfən yaranmayıb. Azərbaycanın 1969-1982 və 1993-2003-cü illərdə, yəni ümummilli liderimizin rəhbərlik etdiyi dövrlərdə əldə etdiyi naliyyətlərə diqqət etsək, bu dediyimizin haradan yarandığına əmin olarıq. Heydər Əliyevin canından artıq sevdiyi vətən qarşısında göstərdiyi misilsiz xidmətlər, cahanşümul əməllər onun hər bir Azərbaycan vətəndaşının qəlbində möhtəşəm bir abidəsini ucaltmışdır. Bu tarixi simanın şüurlu ömrünün hər bir anı doğma vətəninə və xalqına, onun yüksəlişinə və tərəqqisinə xidmətə həsr edilib.
Ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan respublika paytaxtına gəldi və iyunun 15-də Azərbaycan Respublikası Milli Məclisinin sessiyasında Ali sovetin sədri seçildi. Heydər Əliyevin respublika rəhbərliyinə bu böyük qayıdışı siyasi-iqtisadi böhran içində boğulan Azərbaycanı böyük fəlakətlərdən xilas etdi. Elə o zaman Heydər Əliyev çıxışlarının birində belə demişdi: “Azərbaycan bərbad vəziyyətdədir, kabinetlərdə boş-boş şayələrlə məşğul olurlar. Mən heç kəsə heç bir qarantiya vermirəm. Mən özümü peyğəmbər hesab etmirəm. Fəqət bu ağır vəziyyətdən çıxmaq üçün fəaliyyət göstərəcəyəm.” Bəli, indi bu fəaliyyətin nəticələri artıq hər birimizə bəllidir. Məhz bu fəaliyyətin hesabına Azərbaycan yaşayır, tərəqqi edir. 1997-ci il 27 iyun tarixli qərarı ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması günü-1993-cü il iyunun 15-ni Milli Qurtuluş Günü elan etdi. Heydər Əliyevin heyrətamiz xilaskarlıq missiyası nəticəsində Azərbaycan tezliklə təlatümlərdən. Sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan dövlətə çevrildi. Prezident İlham Əliyev ulu öndərin xalqı qarşısında göstərdiyi xidmətləri qeyd edərək deyib: “Bu illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. 1993-cü ildən başlamış bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizin dünya birliyinə layiqli üzv kimi daxil edilməsində çox mühüm rol oynadı. Ona görə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir”.
Bir oğul yetirmiş vətən torpağı.
Millətin yolunda əsgərə bənzər.
İdrakı, ilhamı, qəddi-qaməti,
Qüdrətə, hikmətə məhvərə bənzər.
Dahidir, dühadır öz sənətində,
Andı var, elləri qoymaz çətində.
Dərin tədbirində, siyasətində,
Qüdrətdən yaranmış zərgərə bənzər.
Məstan Günər
Heydər Əliyev böyük rəmz idi. Ağıl, idrak rəmzi, siyasətdə düzgün və birbaşa siyasətin müəllifi,ustadı idi. Hələ Naxçıvanda olanda üçrəngli bayrağı-Demokratik Cümhuriyyətin bayrağını qəbul etmiş, Azərbaycan Sovetlər İttifaqının məngənəsində çabaladığı vaxtlarda o, tarixi varisliyi-tarixi əlaqəni, mənəvi körpünü bərpa etmişdi. Heydər Əliyev keçmişin qədrini yaxşı bilirdi. Tarixi əziz tutur, tarixdən faydalanmağı yaxşı bacarırdı. Tarix onun üçün uzaq gələcəyi göstərən teleskop idi. O, gələcəyi tarixin gözü ilə görə bilirdi.
Gəlin tariximizə, dövlətimizə, müstəqilliyimizə, xalqımıza Ulu öndər Heydər Əliyevin öz sözləri ilə nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, “Müstəqilliyin əldə olunmasına qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir”, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasına öz töhvəsini verir”, “Heç bir vətəndaş içtimai siyasi həyata biganə qalmamışdır”, “Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki, onların hər biri ümumdünya mədəniyyətinə və sivilzasiyasına öz töhfəsini verir”.
15 iyun-Milli Qurtuluş Günüdür. Azərbaycan tarixini bilən adamlar üçün Azərbaycan tarixini öyrənənlər üçün, Azərbaycan həqiqətlərinə tapınanlar üçün və Azərbaycan taleyini öz taleyi bilənlər üçün bu tarix həmişə müqəddəs olacaqdır. Bizim bütün sahələrdə işlərimiz uğurla gedir. Bizi narahat edən və hələ nail olmadığımız bir problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münasibətidir. Azərbaycan dövləti artıq qurulub. Azərbaycan dövləti artıq öz tarixinə doğru inamlı addımlar atır. Bütün bunların başlanğıcı bir neçə il faciələrdən, fəlakətlərdən, qurtuluş anından başlayır. Ulu öndər Heydər Əliyev özü necə də müdrikcəsinə deyib: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır-əgər onlar şəxsiyyətdirlərsə”.
Dünya durmaz bir məqamda,
dönər, haldan-hala düşər,
Yorulanda karvanbaşı
işi daldan-dala düşər.
Ayaqları dolaşanda
başı qeyli-qala düşər,
Bir xilaskar sorağıyla
çırpınanda arzu, dilək
Sənin yerin görünəcək!!!
(Zəlimxan Yaqub)
Aynur Turan
Subyekt.az