Dünyada COVID-19-un yeni variantı çox sürətlə yayılır. Ancaq müşahidələr onu göstərir ki, yeni variant çox da ağır xəstəliklə nəticələnmir. Bu barədə Trend-in suallarını cavablandırarkən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Vasif Əliyev deyib. O qeyd edib ki, bu xəstəlik ürəkbulanma, burun axması, boğaz ağrısı, öskürək, hərarət, halsızlıq kimi simptomlarla özünü büruzə verir. “Ölkəmizdə hazırda payız mövsümü ilə əlaqədar COVID-lə yanaşı, digər respirator infeksiyalara yoluxma riski də artır. Bunlar fərqli viruslardır, amma əlamətləri bir-birinə bənzəyir. Xəstəliyin COVID olub-olmamasına isə testlər vasitəsilə qərar verilə bilər.
Subyekt.az