
Tərtər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 1 saylı tam orta məktəbdə narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib.
Görüşdə çıxış edən RPŞ-nin rəisi polis polkovniki Elçin Qasımov narkomaniyanın səbəb olduğu problemlərdən söhbət açıb. Həmçinin bu istiqamətdə görülən mübarizə tədbirlərini də diqqətə çatdırıb.
Şagirdlərə yüksək qiymətlərlə oxuyub məktəbi bitirmələri, mükəmməl ali təhsilə yiyələnmələri tövsiyə olunub. Həmçinin gələcəkdə polis olmaq istəyən şagirdlərə Polis Akademiyasında təhsil almağın üstünlükləri barədə də geniş məlumat verilib.
Tədbirin sonunda maraq doğuran suallar cavablandırılıb və maarifləndirici videoçarx nümayiş etdirilib.
Subyekt.az