![]()
Dilarə Əliyeva 1929-cu il dekabrın 14-də Tbilisi şəhərində dəmirçi ailəsində anadan olub.Tbilisidəki azərbaycandilli 97 nömrəli orta məktəbi bitirdikdən sonra ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olandan sonra Gürcüstan EA-nın Şota Rustaveli adına Ədəbiyyat İnstitutuna ezam edilmişdir. Burada “Azərbaycan-gürcü ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında inikası” mövzusunda namizədlik dissertasiyasını işləmiş, 1954-cü ildə müdafiə etmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Nizami adına Ədəbiyyat Muzeyində baş elmi işçi, muzeyin qədim və orta əsrlər ədəbiyyatı şöbəsində müdir, sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr şöbəsində böyük elmi işçi, nizamişünaslıq şöbəsində böyük elmi işçi, institutun ədəbi əlaqələr şöbəsində aparıcı elmi işçi olmuş, eyni zamanda bölmə müdiri kimi çalışmışdır. “Nizami və gürcü ədəbiyyatı”mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Əliyeva Dilarə Ələkbər qızı — ədəbiyyatşünas, tərcüməçi, 1960-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gürcüstanın əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, 1988-ci il Azərbaycan Xalq Hərəkatının fəal iştirakçısı, Azərbaycan SSR Ali Sovetinin deputatıdır (1990). Dilarə Əliyeva Azərbaycan Qadın Hüquqlarını MüdafiəCəmiyyətinin qurucularından və rəhbərlərindən biri olmuşdur. Hazırda qadın hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai birlik və Bakıda bir küçə onun adını aşıyır.1991-ci il aprelin 19-da müəmmalı avtomobil qəzasında faciəli şəkildə həlak olmuşdur. Bakıda Fəxri Xiyabanda dəfn edilmişdir.\ Tərcümələri (gürcü dilindən) ”Qardaşlar” (1972), ”Bir gecənin sevinci” (1977) Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan. Bakı: Elm, 1978, Arçil Sulakauri. Aşağı- yuxarı (povest və hekayələr). Bakı: 1978, Mixail Cavaxişvili. Torpaq çəkir.
Bakı:Yazıçı, 1980, İlya Çavçavadze. Dilənçinin hekayəti. Bakı: Yazıçı, 1987, Kür Xəzərə qovuşur (gürcü ədəbiyyatından seçmələr). Bakı: Yazıçı, 1988, 383 səh. (şərikli).
Əsərləri: ”Azərbaycan- gürcü ədəbi əlaqələri tarixindən” (1958), ”Ürək bir, dilək bir” (1981)
Araşdırdı: AYNUR TURAN
Subyekt.az