Naxçıvan Dövlət Universitetinin musiqişünaslıq ixtisasının bakalavr məzunu Sərvət İbrahimov vəfat edib. Bu haqda NDU-nun sosial şəbəkə hesabında məlumat paylaşıb. Bildirilib ki, Bakı Musiqi Akademiyasının magistr tələbəsi olan S. İbrahimov dünən qəflətən ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edilib ki, Sərvət 2020-2024-cü illərdə 4 dəfə Heydər Əliyev, 2 dəfə isə Ü.Hacıbəyli adına təqaüdə layiq görülüb. O, 2024-cü ildə incəsənət fakültəsini ən yüksək ÜOMG ilə bitirmişdi.
Subyekt.az