Ötən gün COP29 çərçivəsində Elm və Təhsil Nazirliyi və UNESCO ilə birgə iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr edilən “Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı” mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirildi. Panel çərçivəsində “Greening Education Partnership” təşəbbüsünün ikinci illik iclasında da qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsil sistemlərinə inteqrasiyası, şagirdlərin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsi, bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentlər ətrafında müzakirələr aparıldı.
Emin Amrullayev
Subyekt.az