![]()
Bu gün Azərbaycanın Xalq artisti, tanınmış estrada müğənnisi Səməd Səmədovun anadan olmasının 80 illiyi tamam olur.
Səməd Səmədov 1946-cı ildə Aşqabadda anadan olub. Uşaqlıq illərindən Bakıda yaşayan sənətkar Bülbül adına musiqi məktəbində skripka, daha sonra A.Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. 1988-ci ildən səhnə fəaliyyətini davam etdirən müğənni xüsusilə “Qızlar”, “Bakılı balasıyam”, “Sənsiz qalan dünya”, “Sevgimiz” və digər mahnıları ilə geniş tamaşaçı sevgisi qazanıb.
2011-ci ildə Xalq artisti fəxri adına layiq görülən Səməd Səmədov 2021-ci ildə vəfat edib.
Subyekt.az