![]()
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirləri nəticəsində gömrük nəzarətindən gizlədilən kosmetik vasitələr aşkar edilib.
Doha-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı ona məxsus çamadanın üzərinə yapışdırılmış “gömrük nəzarətinə təqdim edilməlidir” yazılı lenti sökərək “Yaşıl Kanal” buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Yoxlamaya cəlb edilən xanım vətəndaşın üzərindən və ona məxsus çamadandan gömrük nəzarətindən gizlədilən, ümumilikdə 1021 ədəd kosmetik vasitə, o cümlədən 665 ədəd flakon və 356 ədəd dolğu şprisi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Subyekt.az