Skip to content
02 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Özəl məktəblərdə pulsuz təhsili məsələsi qaldırılıb
  • Xəbərlər

Özəl məktəblərdə pulsuz təhsili məsələsi qaldırılıb

29 Mart 2024
66067b505065e66067b505065f17117008162a0e4737722af2d69a32bcd2d2e6e702
5

Loading

Təklif edilir ki, şəhid ailə üzvləri deyil, yalnız şəhid övladı özəl ümumtəhsil müəssisəsində oxumaq istəsə, bu, dövlət hesabına qarşılansın və bununla bağlı “Təhsil haqqında” qanunda dəyişiklik edilsin.
APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu təklifə baxıla bilər: “Bu təklif komitə iclasında da qaldırılmışdı”.

Deputat Musa Quliyev isə şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün 23 yaş məhdudiyyətinin aradan qaldırılmasını təklif edib: “Müharibə veteranları istədiyi vaxt təhsil ala bilir. Amma şəhid ailə üzvləri və valideyn himayəsindən məhrum olan uşaqlar üçün bu imkan yoxdur. Onlar yalnız 23 yaşa qədər dövlət hesabına təhsil ala bilirlər. Bu məhdudiyyət aradan qaldırılmalıdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc da 23 yaş məsələsinə toxunub: “Bu qanun layihəsi dövlətin əsas sosial simasını bildirir. Hər iki valideynini itirən şəxs 23 yaşı tamam olmaq ərəfəsində magistratura təhsilinə başlayıb, bizim qanunvericilikdə güzəşt həmin yaşa qədərdir. Bu, artıq birinci ilini güzəştlə bitirib, ancaq ikinci ilində bu güzəştdən faydalanmaq şansı yoxdur. Təklif edirəm ki, qanuna bu şəxslərin təhsilini güzəştlə başladığı kimi davam etdirməsinə dair müddəa əlavə edək”.

Subyekt.az

Continue Reading

Previous: 9 illik təhsil bazasından kolleclərə tələbə qəbulu elan edilib
Next: Cəzalar sərtləşdirilir

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • Fərid Qayıbov “SportAccord”un prezidenti Uğur Erdeneri qəbul edib
  • Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb
  • İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib
  • Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1788342679_1bffb35ee74430c8261ffd76e23f48fe
  • Dünya
  • Ölkə
  • Xəbərlər

İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

02 Sentyabr 2026
793212486_1069918392586704_3662627764241695243_n
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Fərid Qayıbov “SportAccord”un prezidenti Uğur Erdeneri qəbul edib

02 Sentyabr 2026
1
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Çinin Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatıb

02 Sentyabr 2026
c2b917aa303d6297fed702c6f6eaf925_7964965
  • Dünya
  • Ölkə
  • Xəbərlər

İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib

02 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.