![]()
Bir neçə gündür “Heyət Təhrir əş-Şam” qruplaşmasının hücumu və onlarla kəndi, o cümlədən İdlib və Hələbi nəzarətə götürməsinin ardından Türkiyənin aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) hərəkətə keçib. Ötən gündən PKK/YPG terror təşkilatına qarşı “Azadlıq Şəfəqi” adlı əməliyyata başlayan ASO bu gün ilk uğurunu qazanıb. Teleqram kanallarında yayılan məlumata görə, ASO artıq Tel-Rıfat şəhərinin mərkəzinə girib.
Subyekt.az