Skip to content
16 May 2025
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Suqovuşan-Kəlbəcər yolunun inşasına başlanıldı – FOTO
  • Xəbərlər

Suqovuşan-Kəlbəcər yolunun inşasına başlanıldı – FOTO

09 Aprel 2024
ea99a495-b6d5-3b65-9261-7c41ca5a
13

Loading

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun inşasına başlanılıb.

Subyekt.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Uzunluğu 80 km, hərəkət hissəsinin eni 9 metr, torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.

Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və əvəzində yararlı material verilərək normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.

Layihənin çətin relyefə malik dağlıq ərazidən keçən hissələrində torpaq yatağının genişləndirməsi üçün qaya tipli süxurların mexanizmlə kəsilməsi, layihə eninin alınması üçün qayaların partladılması üsulundan istifadə olunacaq.

Yeni inşa edilən yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır. Bundan başqa yol boyu 6 körpünün, lazımi yerlərdə istinad divarının inşası da nəzərdə tutulub.

Tikinti işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda işçi qüvvəsi və texnika cəlb olunub.

Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrindən biri sayılır.

Subyekt.az

Continue Reading

Previous: Hərbçi valideynlərinin ürəyinə su səpəcək məlumat
Next: Hacıqabul rayonunda avtomobil yolunun açılışı olub

Arxivlər

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Apr    

Son Yazılar

  • Elşən Ərzumanovun nəşi Qubada torpağa tapşırıldı
  • Anar Əliyev Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib
  • Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur
  • Deputat qanunsuz dini təhsil alanları insan alverinin qurbanları adlandırdı
  • Prezident Tiranada onlarla görüşdü

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1
  • Ölkə
  • Sosial
  • Tarixdə bu gün

Elşən Ərzumanovun nəşi Qubada torpağa tapşırıldı

16 May 2025
xa
  • Ölkə
  • Sosial

Anar Əliyev Xaçmaz rayonunda Xaçmaz və Qusar rayonlarının sakinlərini qəbul edib

16 May 2025
Ar
  • Mədəniyyət
  • Ölkə
  • Tarixdə bu gün

Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 75 ili tamam olur

16 May 2025
fazil
  • Ölkə

Deputat qanunsuz dini təhsil alanları insan alverinin qurbanları adlandırdı

16 May 2025
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə