Skip to content
03 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Hacıqabul rayonunda avtomobil yolunun açılışı olub
  • Ölkə

Hacıqabul rayonunda avtomobil yolunun açılışı olub

09 Aprel 2024
WhatsApp Image 2024-04-09 at 12.12.48
7

Loading

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Hacıqabul rayonunda olub.

Subyekt.az xəbər verir ki, dövlətimizin başçısı Hacıqabul rayonu Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan yol rayonun 8 yaşayış məntəqəsini birləşdirir. Uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun inşa edilib.

Yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, torpaq yatağının qaldırılması, genişləndirilməsi, kipləşdirilməsi və müəyyən hissələrdə 10 metrə qədər genişləndirilməsi işləri görülüb.

Marşrutboyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilib və zəruri olan yerlərdə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılıb. Bununla yanaşı, Udullu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində üçaşırımlı yeni dəmir-beton körpü inşa olunub.

Görülən işlər nəticəsində 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.

Əsaslı yenidən qurulan avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələrinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında, eləcə də insanların həyat tərzinin və rifahının yüksəlməsində mühüm əhəmiyyət kəsb edəcək.

Subyekt.az

Continue Reading

Previous: Suqovuşan-Kəlbəcər yolunun inşasına başlanıldı – FOTO
Next: Laçında mövqelərimiz atəşə tutulub

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • 4 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb
  • Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb
  • Göyçayda vətəndaş qəbulu keçiriləcək
  • Seneqallı nazir DOST Mərkəzi ilə tanış olub

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

791130914_962440853555191_1170330266858809293_n
  • Ölkə
  • Xəbərlər

4 SENTYABRDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

03 Sentyabr 2026
e43599a1-ab17-41fa-bdc8-c3666e696fe4
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

Sabunçu rayonunda neft kəmərindən oğurluğa cəhd edən 2 nəfər saxlanılıb

03 Sentyabr 2026
WhatsApp Image 2026-09-03 at 16.16.52 (1)_1788440197
  • Dünya
  • Ölkə
  • Xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

03 Sentyabr 2026
790970178_1601250401598221_5620026959086542523_n
  • Ölkə
  • Təhsil
  • Xəbərlər

Göyçayda vətəndaş qəbulu keçiriləcək

03 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.