![]()
“AzerGold” QSC Qafqaz regionunun ən iri qızıl yataqlarından biri hesab olunan Söyüdlü (Zod) qızıl yatağında istismar işlərinin növbəti mərhələsinə keçib.
Mədənin istismara hazırlanması çərçivəsində yataq ərazisində ilk qazma-partlayış əməliyyatı uğurla həyata keçirilib.
İlk qazma-partlayış işlərinin icrası Söyüdlü (Zod) yatağında istehsal prosesinin təşkilinə hazırlıq baxımından mühüm mərhələ hesab olunur. Əməliyyatın həyata keçirilməsi yatağın mineral-xammal resurslarının iqtisadi dövriyyəyə cəlb edilməsi, mədən infrastrukturunun formalaşdırılması və obyektin aktiv istismar mərhələsinə keçirilməsi istiqamətində atılan növbəti addımdır.
“AzerGold” QSC tərəfindən həyata keçirilən işlər yatağın mövcud resurs potensialından səmərəli və sistemli istifadəni, müasir mədənçilik standartlarının tətbiqini və hasilat prosesinin mərhələli şəkildə təşkilini nəzərdə tutur.
Söyüdlü (Zod) yatağında istismara hazırlıq işlərinin növbəti mərhələyə keçməsi Azərbaycanın qızıl hasilatı potensialının genişləndirilməsi, ölkənin mineral-xammal bazasının inkişaf etdirilməsi və qiymətli metal resurslarının iqtisadi dövriyyəyə cəlb olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, Söyüdlü (Zod) qızıl yatağı Azərbaycan-Ermənistan sərhədinin hər iki tərəfində yerləşən iri mineral-xammal yataqlarından biridir. Yatağın Azərbaycan ərazisində yerləşən hissəsinin istismarı “AzerGold” QSC tərəfindən həyata keçirilir.








Ətraflı: https://shorturl.at/rFpst
Subyekt.az