![]()
26 saylı Sabunçu birinci seçki dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Bakı şəhərinin Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Sülh küçəsi 35 ünvanında keçirilən qəbulda 26 saylı Sabunçu birinci seçki dairəsinin seçiciləri ilə yanaşı, digər rayonlardan müraciət edən vətəndaşlar da iştirak ediblər.
Qəbul zamanı vətəndaşların müraciətləri fərdi qaydada dinlənilib, onları narahat edən məsələlər ətraflı nəzərdən keçirilib və qaldırılan problemlərlə bağlı müvafiq izahatlar verilib.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, mənzil təminatı, torpaq məsələləri, sosial təminat və digər məsələlərlə bağlı olub.
Qaldırılan məsələlərin bir qismi qəbul zamanı yerindəcə həllini tapıb. Həlli əlavə araşdırma və aidiyyəti dövlət qurumlarının müdaxiləsini tələb edən müraciətlərlə bağlı isə qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görüləcəyi bildirilib.
Deputat tərəfindən vətəndaşların müraciətlərinin müvafiq dövlət qurumlarına çatdırılması və məsələlərin həlli istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib.
Qəbul zamanı səsləndirilən müraciətlərin araşdırılması və onların həlli ilə bağlı görüləcək işlərin nəzarətdə saxlanılacağı diqqətə çatdırılıb.
#MilliMəclis #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az