Skip to content
26 İyul 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Serbiya Prezidenti Prezident İlham Əliyevə zəng edib
  • Ölkə

Serbiya Prezidenti Prezident İlham Əliyevə zəng edib

17 Aprel 2024
WhatsApp Image 2024-04-17 at 11.35.17
8

Loading

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Subyekt.az İMZAİNFO-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Dövlətimizin başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.

Subyekt.az

Continue Reading

Previous: Dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
Next: QHT rəhbəri MM-nin Mədəniyyət Komitəsinin sədri ilə görüşdü

Arxivlər

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

Son Yazılar

  • Astana “Gələcəyin Oyunları 2026” beynəlxalq turnirinə ev sahibliyi edəcək
  • Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb
  • FHN-in həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciəti
  • İtkin düşən qız öz həyətlərində bıçaqlanmış halda tapıldı
  • Əkbər Qoşalı: Azərbaycanın yeni Avropa düsturu – Berlin səfərinin geosiyasi fəlsəfəsi

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

Hero4ReasonsToVisitAstana-NurSultanAstanaKazakstan-CreditiStock-MaxZolotukhin
  • Dünya
  • Ölkə
  • Sosial
  • Xəbərlər

Astana “Gələcəyin Oyunları 2026” beynəlxalq turnirinə ev sahibliyi edəcək

25 İyul 2026
754825096_899137949910935_5788430415458795946_n
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

25 İyul 2026
2026
  • Ölkə
  • Xəbərlər

FHN-in həftəsonu su hövzələrinə üz tutan vətəndaşlara müraciəti

25 İyul 2026
m0kmfRKkCcHR3151xDg8pgUK3RO2NT2QnlSva27G_1200
  • Hadisə
  • Kriminal
  • Ölkə
  • Xəbərlər

İtkin düşən qız öz həyətlərində bıçaqlanmış halda tapıldı

25 İyul 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.