Skip to content
08 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Ölkə
  • Serbiya Prezidenti Prezident İlham Əliyevə zəng edib
  • Ölkə

Serbiya Prezidenti Prezident İlham Əliyevə zəng edib

17 Aprel 2024
WhatsApp Image 2024-04-17 at 11.35.17
8

Loading

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib və son dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumat verərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Subyekt.az İMZAİNFO-ya istinadən xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdə həmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davam etdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Dövlətimizin başçısı Serbiya Prezidentini BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandar Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub və ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.

Subyekt.az

Continue Reading

Previous: Dövlət qeydiyyat nişanlarını oğurlayan şəxs saxlanılıb
Next: QHT rəhbəri MM-nin Mədəniyyət Komitəsinin sədri ilə görüşdü

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Kəlbəcərin Tatlar kəndinə ağır itki: hörmətli ağsaqqal Aydın Həsən oğlu Musayev vəfat edib
  • İlk exit-poll açıqlandı
  • 8 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Paşinyan seçilən kimi bu kəndi boşaldacaq – Qəribə iddia
  • Ermənistanda parlament seçkilərində SƏSVERMƏ BAŞA ÇATDI

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

IMG-20260607-WA0034
  • Mədəniyyət
  • Ölkə
  • Xəbərlər

Kəlbəcərin Tatlar kəndinə ağır itki: hörmətli ağsaqqal Aydın Həsən oğlu Musayev vəfat edib

07 İyun 2026
screenshot_2
  • Dünya
  • Xəbərlər

İlk exit-poll açıqlandı

07 İyun 2026
718893969_1016626780728096_5514451462873848520_n
  • Ölkə

8 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

07 İyun 2026
pasinyan-gulus-2
  • Dünya
  • Xəbərlər

Paşinyan seçilən kimi bu kəndi boşaldacaq – Qəribə iddia

07 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.