![]()
04 Aprel 2026-cı il tarixində Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Kürqaraqaşlı kəndi, Diyarşünaslıq evində vətəndaşlarla növbəti qəbulu keçirildi.
Görüşə başlamazdan öncə müstəqil və müasir Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı və suverenliyimiz uğrunda canlarından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Görüş çərçivəsində millət vəkili Günay Ağamalı qısa müddət ərzində görülmüş işlər və həllini tapmış müraciətlər barədə iştirakçılara məlumat verdi.
Qəbul zamanı vətəndaşlar müxtəlif məsələlərlə bağlı müraciət və təkliflərini millət vəkilinin diqqətinə çatdırdılar. Səsləndirilən müraciətlər diqqətlə dinlənildi. Qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələbləri və mövcud hüquqi mexanizmlər barədə vətəndaşlara ətraflı izahat verildi.
Müraciətlərdə əksini tapan məsələlərin həlli istiqamətində aidiyyəti dövlət qurumları ilə birgə zəruri tədbirlərin görüləcəyi bildirildi.






Subyekt.az