
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Azərbaycandakı səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Qazaxıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.
Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb. Dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verdiyi diqqətə çatdırılıb. Spiker Sahibə Qafarova ötən il Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana dövlət səfəri çərçivəsində Milli Məclisə də gəldiyini və dövlət başçısı ilə görüşünü məmnunluqla xatırlayıb.
MilliMeclis

.

Subyekt.az