Skip to content
02 Sentyabr 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Xəbərlər
  • Şəxsi maşınla Laçına da getmək mümkün olacaq – RƏSMİ
  • Xəbərlər

Şəxsi maşınla Laçına da getmək mümkün olacaq – RƏSMİ

25 Aprel 2024
9d4de893fe87d0d879322d00ef0f5897
11

Loading

“Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir.

27 aprel 2024-cü il tarixindən etibarən, vətəndaşlar fərdi minik avtomobilləri ilə Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə səfərlə bərabər, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən əldə edə bilərlər.

Rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub. Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl-Zəngilan-Qubadlı-Laçın marşrutu ilə mümkün olacaqdır.

Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı, mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidir.

Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxana və digər yerləşmə məntəqələri ilə əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Subyekt.az

Continue Reading

Previous: Azərbaycanda YENİ QADAĞA
Next: Makron Aİ liderləri ilə danışıqlara başladı – Leyeni o əvəz edəcək?

Arxivlər

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

Son Yazılar

  • Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə
  • Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür
  • Tibb işçiləri axtarılır
  • Azərbaycan müəllimi” qəzetinin ilk nəşrindən 92 il ötür
  • Nazir müavini Zaur Əliyev Ağstafa rayonunda vətəndaşları qəbul edəcək

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Uncategorized
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

790308316_1810207317004817_1445528483856061188_n
  • Ölkə
  • Xəbərlər

Prokurorluq orqanlarında qulluğa qəbulla əlaqədar test imtahanında iştirak edəcək namizədlərin nəzərinə

02 Sentyabr 2026
24fd1173f019d87304d69bc2ada0aa8d
  • Ölkə
  • Xəbərlər

Həkimlərin maaş artımı Mehriban Əliyevanın təşəbbüsüdür

02 Sentyabr 2026
792881860_1787091512708199_1896054755302015590_n
  • Ölkə
  • Xəbərlər

Tibb işçiləri axtarılır

02 Sentyabr 2026
790626155_1589185756234179_8372478191685127191_n
  • Ölkə
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər

Azərbaycan müəllimi” qəzetinin ilk nəşrindən 92 il ötür

02 Sentyabr 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.