Skip to content
03 İyun 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Dünya
  • Şərq cəbhəsində vəziyyət daha da gərginləşib
  • Dünya

Şərq cəbhəsində vəziyyət daha da gərginləşib

13 Aprel 2024
IMG-20240413-WA0016
9

Loading

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı: Şərq cəbhəsində vəziyyət daha da gərginləşib.

“Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. İşğalçılar hücumlarını gücləndirib və hücumlar üçün texnikadan istifadə edirlər”.

Subyekt.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə cəbhə bölgəsinə növbəti səfərindən sonra Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski teleqram kanalında yazıb.

Baş komandan qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra qarşı tərəfin hücum hərəkətləri daha da güclənib.

“Düşmən Liman və Baxmut istiqamətində bizim mövqelərimizə zirehli texnikanın dəstəyilə hücum qrupları ilə aktiv şəkildə hücum edir”, – deyə Sirski bildirib.

Onun sözlərinə görə, quru hava cəbhədə zirehli texnikanın istifadəsinə şərait yaradır. Hava şəraiti açıq ərazilərin əksəriyyətini tanklar üçün əlçatan edib.

“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikalarda yeni birləşmələrdən istifadə etməklə səylərini artırır və bunun sayəsində vaxtaşırı taktiki uğur qazanır”, – deyə Baş Komandan vurğulayıb.

Sırski döyüş bölgəsinə gedib və müdafiənin ən problemli sahələrinin elektron müharibə, hava hücumundan müdafiə vasitələri ilə gücləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Bütün növ pilotsuz uçan aparatların və tank əleyhinə raketlərin ehtiyatları da artırılıb, əlavə qüvvə və vasitələrin ehtiyatı köçürülüb.

Baş komandan qeyd edib ki, yüksək texnologiyalı silahlarda düşmən üzərində texniki üstünlüyə nail olmaq məsələsi yenidən gündəmə gəlib.

“İkinci ciddi problem hərbi personalın, ilk növbədə piyada birləşmələrinin təlim keyfiyyətinin yaxşılaşdırılmasıdır ki, onlar hərbi texnikanın və Qərb silahlarının bütün imkanlarından maksimum istifadə edə bilsinlər”, – deyə o əlavə edib.

Bu problemlərin həlli Quru Qoşunlarının komandanlığına həvalə edilib.

Səfər zamanı Sırski əsgərlərə mükafatlar da təqdim edib.

Subyekt.az

Continue Reading

Previous: Rusiya nüvə silahından istifadə etsə… – Yaponiya bəyan etdi
Next: Gəncədə keçmiş prokurorun oğlu evdə yanaraq öldü

Arxivlər

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

Son Yazılar

  • Bu yollarda tıxac var
  • Dünyada hava xaosu yarana bilər: İstilik rekord həddə olacaq
  • ABŞ və İran qarşılıqlı zərbələr endirdi
  • 3 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU
  • Mədəni və yaradıcı sənayelər üzrə xüsusi Təqaüd Proqramına sənəd qəbulu elan edilir

Son şərhlər

  1. Eşqin Şahverdiyev on Rövşən Hüseynli: Ulu öndərin dövlətçilik fəlsəfəsi və Qarabağ zəfəri
  2. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  3. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  4. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

1780463118_img-20260603-wa0003
  • Ölkə
  • Xəbərlər

Bu yollarda tıxac var

03 İyun 2026
isti_hava
  • Ölkə
  • Xəbərlər

Dünyada hava xaosu yarana bilər: İstilik rekord həddə olacaq

03 İyun 2026
abs_iran
  • Dünya
  • Xəbərlər

ABŞ və İran qarşılıqlı zərbələr endirdi

03 İyun 2026
711966450_1012178244506283_4594557056503895187_n
  • Ölkə

3 İYUNDA GÖZLƏNİLƏN HAVA PROQNOZU

03 İyun 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.