Çinin Şanxay şəhərində bir robot şirkətinin sərgi salonunda başqa bir şirkətin istehsal etdiyi kiçik robot gözlənilməz addım atıb.
Subyekt.az İndex.az -a istinadən xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə bu kiçik robot sərgi salonundakı böyük robotlara yaxınlaşaraq “İş vaxtından artıq işləyirsiniz?” sualını verib.
Böyük robotlardan biri kiçik robotun sualına təəccüblü cavab verdi: “Mənim evim yoxdur”.
Bunun üzərinə kiçik robot onları evinə dəvət etdi. Daha da təəccüblü olanı salondakı 12 böyük robotun bu dəvəti qəbul etməsi və kiçik robotun arxasınca salondan çıxması idi.
Hadisənin görüntüləri sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər robotların bu qeyri-adi hərəkətindən danışarkən, bəziləri hadisənin uydurma olduğunu düşünüb. Lakin həm hadisənin baş verdiyi şirkət, həm də kiçik robotu istehsal edən şirkət rəsmiləri hadisənin real olduğunu və bunun sınaq yarışı olduğunu açıqlayıb.
Sərgi salonunda baş verən bu hadisə ilə bağlı açıqlama verən səlahiyyətlilər, kiçik robotun ünsiyyət qabiliyyətini yoxlamaq üçün hazırlandığını bildiriblər. Bununla belə, sınaq zamanı sərgi salonundakı robotların kiçik robota “cavab vermə” səviyyəsinin gözləntilərdən yüksək olduğu bildirilib.
Subyekt.az