![]()
“Kiyev Moskvanı ikinci sülh sammitinə dəvət edəcək, amma əminəm ki, Kreml sammiti pozmağa çalışacaq”. Subyekt.az bildirir ki, “Qafqazinfo” UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müsahibəsində deyib. O, bildirib ki, Ukrayna tərəfi artıq sülh formulasının əsas bəndlərinə əsaslanan müfəssəl sənəd hazırlayıb. “Bütün liderlərin istədiyi kimi, Rusiya ikinci sammitdə olmalıdır. Onları dəvət edəcəyik”, – Zelenski vurğulayıb.
Subyekt.az