Gələn ildən cərimələr artacaq.
Subyekt.az xəbər verir ki, yeni qaydalar “İnzibati Xətalar haqqında” qanuna edilən dəyişikliklərlə qüvvəyə minəcək.
“Vedomosti” qəzetinin yaydığı məlumata görə, təhlükəsizlik kəmərindən istifadə etməməyə görə cərimə 1000 rubldan (16 manat) 1500 rubla (25 manat), sərxoş vəziyyətdə avtomobil idarə etməyə və ya avtomobili sərxoş şəxsə təhvil verməyə görə cərimə 30 min rubldan (510 manat) 45 min rubla (765 manat) qədər artırılacaq.
Dəyişikliklərə görə, sürət həddini aşmağa və yol nişanlarına tabe olmamağa görə cəzalar da artırılacaq. Mövcud sistemdə 500-dən 5 min rubla qədər olan cərimələr 750-7 min 500 rubla qədər artırılır. Bundan başqa, yükdaşıma qaydalarını pozma, iri həcmli avtonəqliyyat vasitələri ilə yol hərəkəti qaydalarını pozma kimi hallarda cərimələr artırılacaq. Yol-nəqliyyat hadisələri zamanı yüngül xəsarətlərə görə cərimə 2500-5000 rubldan 3700-7500 rubla, orta dərəcəli xəsarətlər üçün isə 10-20 min rubldan 15-30 min rubla qədər artırılacaq.
Yeni tənzimləmə yalnız cərimə məbləğlərini deyil, həm də ödəniş asanlığını əhatə edir. Hazırda sürücülər cərimələrini 20 gün ərzində ödədikdə 50% endirimdən yararlana bilərlər. Lakin 2025-ci ildən etibarən bu endirim 25%-ə endiriləcək və ödəniş müddəti 30 günə qədər uzadılacaq. Rəsmilərin fikrincə, bu dəyişikliklər cəzaların qarşısının alınmasını artıracaq.
Rusiyada yol hərəkəti cərimələri sonuncu dəfə 2013-cü ildə artırılıb.
Subyekt.az