Skip to content
18 Aprel 2026
  • Youtube
  • Facebook
  • Whatsapp
  • Twitter
  • Instagram

SUBYEKT.az

Primary Menu
  • Ana xəbər
  • Xəbərlər
  • Ölkə
  • Dünya
  • Təhsil
  • Mədəniyyət
  • Sosial
  • İqtisadiyyat
  • Qarabağ
  • Kriminal
  • Tarixdə bu gün
  • Əlaqə
  • Home
  • Qarabağ
  • Rus səfirin Qarabağ “dərdi” – 2025-lə bağlı təhdid kimi anons
  • Qarabağ

Rus səfirin Qarabağ “dərdi” – 2025-lə bağlı təhdid kimi anons

02 Aprel 2024
f294ba03d81a6d1d414e28c1bf9543f3
7

Loading

Siyasi şərhçi: “Ermənistan rəhbərliyi istəmir ki, Qarabağ erməniləri geriyə qayıtsınlar, Rusiyanın və Qərbin isə belə bir istəyi olması sirr deyil”

“Rusiya üçün ermənilərin Qarabağa qayıtması məsələsi vacibdir. Rusiya sülhməramlılarının bölgədə olması bundan xəbər verir, məsələnin həll olunmadığını göstərir”. Xəbər verdiyimiz kimi, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Biz həmişə inanmışıq və bu, açıq şəkildə bəyan edilib ki, ermənilərin öz tarixi vətənlərində – Qarabağda yaşamaları vacibdir. Qayıtmaq istəyən Qarabağ ermənilərinin buna haqqı var. Mən başa düşdüyüm kimi, bu hüquq Azərbaycan tərəfdən rədd edilmir”, – deyə səfir bildirib.

Hansı tarixi vətən? Məgər erməniləri cəmi 200 il qabaq Qarabağa köçürüb yerli xalqların boğazında “ilan sümüyü”nə çevirən Rusiya olmayıbmı?

Rus səfir bununla kimə, nəyin mesajını verir? Kremlin düşmən münasibətdə olmasına rəğmən, Qərblə erməni məsələsində bir araya gəlməyə hazır olmasınınmı? Bu, 2025-lə bağlı bir anonsmu? 

İkinci yandan, Kopırkin niyə Ermənistana qayıtmaq istəyən qərbi azərbaycanlıların haqqından söz açmır? Moskvanın Qarabağdan könüllü getmiş ermənilərlə bağlı gizli planı varmı?  

Xatırladaq ki, oxşar bəyanatlar indiyədək bəzi başqa rusiyalı diplomatın dilindən də səslənib. Son olaraq xarici işlər naziri Sergey Lavrov ötən həftə “İzvestiya” qəzetinə müsahibəsində Nikol Paşinyan hökumətini Qarabağı Azərbaycanın tərkib hissəsi saydığı üçün bir daha ittiham etmişdi.

Abutalıb Səmədov İsa Qəmbərə səsləndi: “Həqiqətləri ailə üzvlərinə çatdıra bilməyənlərin özlərinə “siyasətçi” deməyə haqları yoxdur” Pravda.az

Abutalıb Səmədov 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Ermənistandakı Rusiya səfirinin bu bəyanatı bizim üçün yenilik deyil: “Bundan əvvəl eyni cür bəyanatları Rusiya Xarici İşlər Nazirliyinin müxtəlif ranqlı əməkdaşları, Rusiya Dövlət Dumasının bəzi üzvləri də səsləndiriblər. Azərbaycan da bu fikri dəfələrlə ifadə edib və deyib ki, ermənilərin geri qayıtmasına etiraz eləmirik. Təbiidir ki, əgər ermənilərin belə bir istəyi olsa, ciddi yoxlamalardan sonra, ciddi araşdırmalardan sonra Azərbaycan vətəndaşlığını qəbul edən ermənilərin cüzi bir hissəsinin geri qayıtmağına imkan verilə bilər. Ancaq hələ ki ermənilərdə belə bir istək görünmür. Onların artıq böyük hissəsi Ermənistanı da tərk edib başqa ölkələrə gedib. Eyni zamanda Ermənistan rəhbərliyi də qətiyyən ermənilən Qarabağa qayıtmasında maraqlı görünmür. Yəni rəsmi İrəvan çiynindən Qarabağ ermənilərinin yükünü atıb və hər il 350-400 milyon dollar vəsait ayırmaq yükündən azad olub. Həmçinin Rusiyanın əsas təsir vasitəsini aradan götürüb. Bu səbəbdən Ermənistan rəhbərliyi də qətiyyən istəmir ki, Qarabağ erməniləri geriyə qayıtsınlar. Rusiyanın və Qərbin isə belə bir istəyi olması heç kimə sirr deyil. Çünki Qarabağda ermənilərin yaşaması Azərbaycan və Ermənistana iri dövlətlərin təsir və təzyiq imkanlarını artırır. Ancaq Rusiyanın Ukraynada vəziyyəti elədir ki, burada ciddi addımlar atmaq imkanı yoxdur. Rusiya ermənilərin qayıtması istiqamətində elə bir əsaslı addım ata bilməz. Bəyanatlardan o tərəfə keçə bilməz Rusiyanın fəaliyyəti. Çox güman özləri də yaxşı başa düşürlər ki, hətta istəsələr də Qarabağ erməniləri bir daha geriyə qayıtmayacaq. Ancaq bizim üçün elə ən təhlükəli məqam da ondan ibarətdir ki, Qərb və Rusiya bu istiqamətdə səylərini birləşdirə bilər və nəyin bahasına olursa-olsun Qarabağ ermənilərinin ən azı bir hissəsini geri qaytarmağa cəhd göstərə bilərlər. Bunun da qarşısını almaq üçün biz hər an hazır olmalıyıq. Üstəlik, nəzərə almalıyıq ki, 2025-ci il Rusiya sülhməramlılarının bölgədəki son müddətidir və onlar da yaxşı başa düşürlər ki, Azərbaycan Rusiya sülhməramlılarının nəinki qalmasını istəmir, əksinə, bir az da tez ərazimizi tərk etməsində maraqlıdır. Təhlükələr var, ancaq güman edirəm ki, bu təhlükələrin qarşısını almaq üçün bizim də kifayət qədər imkanlarımız var”.

Subyekt.az

Continue Reading

Previous: Naxçıvandakı mövqelərimiz atəşə tutuldu
Next: “Bunun üçün xüsusi hüquqi baza hazırlanıb”

Arxivlər

Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    

Son Yazılar

  • Başlıbel: “Dağlar danışsa, nə deyərdi…”
  • Süd qəbulu məntəqəsində NÖQSAN: Müəssisə BAĞLANDI
  • Bakının bu ərazisinə qatar yolu çəkilir
  • Xəqani Həbiboğlu: Sözün və ruhun şairi
  • İlham Əliyev Antalyada Diplomatiya Forumunun açılış mərasimində iştirak edib

Son şərhlər

  1. Kamran Hacızade on İşğaldan azad olunmuş bölgədə dəfnə nə üçün icazə verilmir? – VİDEO
  2. MƏMMƏD QURBANOV. on Şəxsiyyətlər parkı yenidən qurulur
  3. Fərman Rəsulov on NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ: QƏRBİ AZƏRBAYCANA QAYIDIŞ İDEYALARININ GERÇƏKLƏŞMƏSİNƏ DOĞRU
  4. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı
  5. Murad Babayev on Qurban Sadıqov Kəlbəcər “İstisu” Mineral Sudoldurma Zavodundan yazdı

Kateqoriyalar

  • Dünya
  • Əlaqə
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Tarixdə bu gün
  • Təhsil
  • Xəbərlər
  • Youtube

SEÇİLMİŞLƏR

FB_IMG_1776492233134
  • Xəbərlər

Başlıbel: “Dağlar danışsa, nə deyərdi…”

18 Aprel 2026
image_940x_69e2662b277fe
  • Ölkə
  • Xəbərlər

Süd qəbulu məntəqəsində NÖQSAN: Müəssisə BAĞLANDI

17 Aprel 2026
1551377
  • Xəbərlər

Bakının bu ərazisinə qatar yolu çəkilir

17 Aprel 2026
IMG-20260417-WA0040
  • Mədəniyyət
  • Ölkə
  • Qarabağ
  • Tarixdə bu gün
  • Xəbərlər

Xəqani Həbiboğlu: Sözün və ruhun şairi

17 Aprel 2026
Copyright © 2024 "Subyekt.az" | MoreNews by AF themes.                                    
MENU
  • Dünya
  • Xəbərlər
  • İqtisadiyyat
  • Ölkə
  • Təhsil
  • Dünya
  • Hadisə
  • İqtisadiyyat
  • Kriminal
  • Ölkə
  • Qarabağ
  • Sosial
  • Təhsil
  • Xəbərlər
  • Əlaqə