
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov dekabrın 4-də vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Əniğ kənd tam orta məktəbinin akt zalında baş tutan qəbulda Milli Məclisin deputatı Azər Badamov, RİHB Aparatının məsul işçiləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri iştirak ediblər.
Qəbulda vətəndaşlar əsas magistral yoldan kəndin girişinə qədər olan yolun asfaltlanması, kənd daxili yolların təmiri, tarixi əhəmiyyətə malik olan Əniğ qalası və məscidinin, o cümlədən kənd idman meydançasının təmiri ilə bağlı müraciətlərini ediblər.
Görüşdə həmçinin köhnə işıq dirəklərinin dəyişdirilməsi, həyətyanı torpaq sahəsinin ayrılması, işlə təminat kimi məsələlər qaldırılıb.
Qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb, digər problemlərin aradan qaldırılması məqsədilə müvafiq idarə və müəssisə rəhbərlərinə aidiyyəti üzrə tapşırıqlar verilib.
Qeyd edək ki, yerlərdə mütəmadi olaraq keçirilən səyyar görüşlər əhalini narahat edən problemlərin yerindəcə öyrənilməsi və birbaşa həll edilməsi məqsədini daşıyır.

.

.

.

.

Subyekt.az