![]()
Bu gün Azərbaycanın görkəmli musiqiçisi, pianoçu, bəstəkar, musiqişünas və Əməkdar incəsənət xadimi Gülarə Əliyevanın anadan olmasının 93-cü ildönümüdür.
Gülarə Əziz qızı Əliyeva 1933-cü il noyabrın 17-də Bakıda anadan olub. 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrində və Əhsən Dadaşov adına xalq çalğı alətləri ansamblında çalışıb. 1966-cı ildə yaratdığı “Dan ulduzu” instrumental ansamblına ömrünün sonunadək rəhbərlik edib.
Bəstəkarın “Şüştər” rapsodiyası, “Humayun” süitası, “Bayatı-kürd” və “Şur” fantaziyaları Azərbaycan musiqi xəzinəsinin dəyərli nümunələrindəndir. Rəhbərlik etdiyi “Dan ulduzu” ansamblı ilə bir çox xarici ölkədə çıxış edərək milli musiqimizi beynəlxalq səviyyədə təmsil edib. O, həmçinin uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.
Sənətşünaslıq elmləri namizədi olan Gülarə Əliyeva 1977-ci ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Görkəmli sənətkar 1991-ci il iyulun 27-də faciəvi şəkildə vəfat edib.
Subyekt.az