
Bu gün Quba Rayon Bəşir Səfər oğlu adına Mədəniyyət Evində AYB-nın və Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun təşkilatçılığı ilə görkəmli tənqidçi ədəbiyyatşünas alim, Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadənin 70 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Sözügedən Mədəniyyət Evinin Direktoru Ramiz Ramazanlı tədbiri açıq elan edərək tədbir iştirakçılarını salamladıqdan sonra, şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad etdi. O, gələn qonaqlara yubilyarın həyat və yaradıcılığından da geniş söz açdı.İlk olaraq söz İcra Hakimiyyətinin birinci müavini Tariyel İbrahimova verildi.Tariyel İbrahimov Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun adından Nizaməddin Şəmsizadənin ürəkdən təbrik edərək yubiliyara icra başçısının mükafatını təqdim edi. Daha sonra tanınmış elm xadimləri,yazıçılar, şairlər Nizaməddin müəllimi ürəkdən təbrik edib, ona uğurlar arzuladı.İştirakçılar arasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı, filologiya elmmlər doktoru, professor, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Nizami Cəfərov, professor, görkəmli oftalmoloq, şair Paşa Qəlbinur, AYB-nın üzvü prezident təqaüdçüsü Firəngiz Sabirqızı və digər qonaqlar iştirak etdi.
Firəngiz Sabirqızı
Subyekt.az