![]()
Quba rayon 2 saylı tam orta məktəbdə narkomaniya və erkən nikahın fəsadlarına həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Tədbirdə Quba Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Mehman Əliyev iştirak edib. Şagirdlərə narkomaniyanın insan sağlamlığına və cəmiyyətə yaratdığı təhlükələr, erkən nikahın fəsadları barədə ətraflı məlumat verilib, onları zərərli vərdişlərdən uzaq durmağa çağırıblar.
Həmçinin şagirdlərə Polis Akademiyasına qəbul qaydaları, burada yaradılmış imkanlar və polis peşəsi barədə məlumat verilib. Görüş zamanı iştirakçıların sualları cavablandırılıb.
Subyekt.az