
Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində Quba Rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Günü, 10 Mart – Azərbaycan Milli Teatr Günü və 11 mart – Xalq artisti Bəşir Səfəroğlunun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilmiş və Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının “Toya bir gün qalmış” tamaşası nümayiş etdirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin kollektivi, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, regional və digər idarə, müəssisələrinin və təşkilatların rəhbərləri, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, təhsil, mədəniyyət işçiləri, gənclər və tələbələr, həmçinin rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Əvvəlcə Bəşir Səfər oğlunun həyat və yaradıcılığından bəhs edən qısa videoçarx nümayiş etdirilib, yaratdığı obrazlar haqqında qısa məlumat verildikdən sonra Afaq xanımın rəhbərliyi altında gülüş dolu 2 saatlıq tamaşa uğurla nümayiş etdirilmişdir. Tamaşdan sonra Afaq xanım çıxış edərək, şəhidlərimizdən, qazilərimizdən , ölkəmizdən , qələbəmizdən danışaraq tamaşaçılara duyğulu və kövrək anlar yaşatmışdır . Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun adından sənətkarımıza hədiyyələr təqdim olunmuşdur.
.
.
.
.
.
.
.
.
.
.
Firəngiz Sabirqızı
Subyekt.az