![]()
Quba rayonunun son illərdə inkişafı, abadlıq və quruculuq işlərinin artması, həmçinin vətəndaşlarla səmimi münasibətlərin formalaşması danılmaz faktdır. Bu uğurların arxasında dayanan əsas simalardan biri də Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovdur.
İlqar Mahmudov sadəcə icra başçısı deyil, eyni zamanda insanlıq və qayğıkeşlik nümunəsi kimi tanınır. Ona müraciət edən hər bir vətəndaş diqqətlə dinlənilir, heç kim laqeydliklə yola salınmır. Onun vətəndaşlara yanaşmasında səmimiyyət, anlayış və humanist münasibət hər zaman özünü göstərir.
Rayon ictimaiyyəti arasında İlqar Mahmudovun sıx ünsiyyətdə olması, kəndlərə tez-tez səfər etməsi və insanlarla dost kimi söhbət aparması xüsusi rəğbət doğurur. Bir çox sakinlər bildirir ki, o, hər kəsin dərdinə şərik olur, problemi real şəkildə həll etməyə çalışır.
Mən də bir neçə ay öncə İlqar Mahmudovun qəbulunda olmuşdum. İşsizliklə bağlı müraciət etmişdim və o, söz vermişdi ki, məsələyə diqqətlə baxılacaq. Bugün mən bu yazını yazmaqla onun verdiyi vədlərə sadiq qaldığını və vətəndaş qayğısını hər zaman ön planda tutduğunu təşəkkür hissi ilə vurğulayıram.
Qubanın simasını dəyişdirən abadlıq layihələri, yeni yollar, şəhidlər xiyabanındakı yenidən qurma işləri və sosial yönümlü işlər onun rəhbərliyi dövründə həyata keçirilir. İlqar Mahmudov bu gün Qubada sadə insanın dostu, rayonun inkişaf memarı kimi tanınır.
Firəngiz Sabirqızı
Subyekt.az