![]()
Qazaxıstanda Böyük Vətən Müharibəsi veteranlarının hər birinə 5 milyon tenge (təxminən 16 min 330 manat) birdəfəlik maddi yardımın ödənilməsi planlaşdırılır.Bu barədə ölkənin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.Bildirilib ki, maddi yardımlar Böyük Vətən Müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə həyata keçiriləcək.Qeyd edək ki, Qazaxıstanda 120 Böyük Vətən Müharibəsi veteranı var.
Subyekt.az