![]()
#QrantMüsabiqəsi çərçivəsində “Narkotik asılılığına qarşı mübarizə” layihəsi keçirilib. Sosial İnkişafa Yardım İB-in təşkilatçılığı ilə baş tutan layihənin məqsədi gənclərə narkomaniyanın cəmiyyət üçün ciddi təhlükə olduğunu vurğulamaq, narkotik asılılığı ilə mübarizə yolları barədə maarifləndirmək, eləcə də gəncləri sağlam həyat tərzinə təşviq etməkdir.
Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən 18, 20, 158, 161 və 286 nömrəli məktəblərdə maarifləndirmə tədbirləri təşkil olunub, gənclərə narkotik vasitələrin fəsadları izah olunub.

.

.

.

Subyekt.az