![]()
Qazaxıstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında (AMB) işgüzar səfərdə olub.
Subyekt.az AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, səfər çərçivəsində keçirilən görüşlərdə nümayəndə heyətinə Mərkəzi Bankın inzibati binasında mühafizə və buraxılış rejiminin təşkili, tətbiq edilən müasir təhlükəsizlik sistemi və avadanlıqlarının idarə edilməsi, eləcə də onların üstünlükləri barədə məlumat verilib.
Keçirilən görüşlərdə binanın tikintisi, aktivlərin idarə edilməsi və istismarı üzrə təcrübə mübadiləsi aparılıb, nümayəndə heyətinin binanın texniki zonaları ilə tanışlığı təşkil olunub.
Subyekt.az