![]()
Pakistanın Bəlucistan əyalətində təhlükəsizlik işçilərini daşıyan avtomobilin yaxınlığında partlayış baş verib. Subyekt.az News24.az -a istinadla xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
Polis rəsmisi Naveed Ahmad bildirib ki, Kvetta şəhərində yol kənarındakı partlayıcı qurğu partlayıb.
Ahmad partlayış nəticəsində avtomobildə olan 4 mühafizəçinin həlak olduğunu, 3 yaralının isə müalicə üçün yaxınlıqdakı xəstəxanalara göndərildiyini bildirib.
Subyekt.az