![]()
Prezident İlham Əliyev eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dilinin ünsiyyət dili kimi rəsmi tanınmasını və qanunvericilikdə “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsinin “əlilliyi olan uşaqlar” ifadəsi ilə əvəzlənməsini nəzərdə tutan Qanunu təsdiq edib.
Dövlətimizin başçısı həmin Qanunun icrası ilə əlaqədar bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi haqqında Fərman da imzalayıb.
Subyekt.az