Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT), Qarabağ və Şərqi Zəngəzur sakinləri Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar.
AZƏRTAC məktubu təqdim edir:
“Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri.
Biz – Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərinin təmsilçiləri olaraq, Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi irəli sürülməsi barədə mediada yayılmış xəbərləri hiddətlə qarşılayır, bu barədə Azərbaycan ictimaiyyətinin qəti mövqeyini diqqətinizə çatdırmaq istəyirik.
Ruben Vardanyanın həyat və fəaliyyəti Nobel Sülh Mükafatının rəhbər tutduğu ideal və dəyərlərə təhqir səciyyəsi daşıyır, bu adların yanaşı çəkilməsinin özü belə bu ali mükafatın dünyada qəbul edilmiş yüksək nüfuzuna ləkə gətirə, beynəlxalq ictimaiyyəti çaşdıra bilər.
Çirkli pulların yuyulması ilə sərvət toplamış kriminal ünsür, terrorçuluğu maliyyələşdirən sima kimi Ruben Vardanyan barədə ağır ittihamlar var. O, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış və sonradan özünü buraxmış qondarma separatçı rejimin – hərbi xuntanın bir müddət aparıcı rəhbər şəxslərindən biri olub.
Həmin dövrdə onun məhz sülhə əngəl olmaq niyyəti ilə Qarabağa gəlişi və ardıcıl yaydığı təxribat xarakterli açıqlamalar vəziyyəti artan xətt üzrə gərginləşdirib, o, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini pozmağa çalışıb.
Beynəlxalq hüququn normalarını heçə sayan Vardanyan Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü təhdid edib, fəaliyyəti ilə Azərbaycan ərazisində “boz zona”nın saxlanmasını təşviq edib, azərbaycanlı məcburi köçkünlərin Xankəndiyə, Xocalıya və digər yaşayış məntəqələrinə qayıdışına mane olub.
Ruben Vardanyan kimiləri üçün çirkli pullardan müqəddəs heç nə yoxdur. Onu həmin dövrdə Qarabağa gətirmiş əsas motivlərdən birinin də məhz Ermənistan ordusunun Qarabağdakı tör-töküntülərini yenidən təşkilatlandırmaq yolu ilə Azərbaycanın bu ərazilərdəki qızıl və mis-molibden yataqlarını qanunsuz istismar etmək və daşımaq olması istisna deyil.
Ruben Vardanyan 2023-cü ilin sentyabrında Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ruben Vardanyanın bir çox ölkələrdə qaranlıq maliyyə fəaliyyətinə dair ciddi şübhələr var. 2019-cu ildə OCCRP (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi) Vardanyanın qanunsuz fəaliyyəti ilə bağlı “Troyka Camaşırxanası” adlı araşdırma hesabatını dərc edib. Bu hesabatda Ruben Vardanyanın da iştirak etdiyi iddia edilən qeyri-qanuni fəaliyyətlərdən ibarət mürəkkəb şəbəkə ifşa edilib. 2019-cu ilin martında Avropa Parlamentinin üzvləri Avropa Komissiyasının sədrinə məktub yazaraq, “Troyka Dialoq”un keçmiş sahibi Ruben Vardanyana və “Troyka Dialoq”un “offşor sistemi” ilə əlaqəsi olan digər şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin zəruriliyini bildiriblər. Məktubu Böyük Britaniya, İsveç, Almaniya və digər ölkələri təmsil edən 22 avropalı deputat imzalayıb.
Çirkli pullarla biznes imperiyası qurmuş beynəlxalq maliyyə fırıldaqçısı Ruben Vandanyanın əli dünyada günahsız insanların qanına bulaşıb, o, qanunsuz yollarla qazanc götürmək istədiyi hər yerdə terrorçuluğu maliyyələşdirməkdə iştirak edib.
Nobel Sülh Mükafatı özündə Alfred Nobelin təşviq etmək istədiyi sülh, barışıq və beynəlxalq əməkdaşlıq ruhunu təcəssüm etdirir. Biz Norveç Nobel Komitəsini çoxsaylı cinayətlərdə ittiham olunan Ruben Vardanyanla əlaqədar məsələyə yanaşmada Azərbaycan ictimaiyyətinin bu şəxs barədə aydın və qəti mövqeyini nəzərə almağa çağırırıq.
İmzalar:
1. Fatma Səttarova – Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının İdarə Heyətinin sədri
2. Ramil İskəndərli – “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyinin sədri
3. Azər Allahverənov – “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri
4. Zaur İbrahimov – “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri
5. Günel Səfərova – “Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri
6. Əliməmməd Nuriyev – “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
7. Novella Cəfərova – D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri
8. Səidə Qocamanlı – İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri
9. Səadət Bənənyarlı – Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti-Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri
10. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti
11. Rauf Zeyni – Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri
12. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai Birliyinin sədri
13. Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri
14. Leyla Hüseynova – “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyinin sədri
15. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin sədri
16. Sevinc Alızadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
17. Rey Kərimoğlu – Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri
18. Mehriban Məmmədova – “Humanitar Tədqiqatlar” İctimai Birliyinin sədri
19. Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri
20. Tünzalə Abdüləlimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri
21. Ceyran Həsənova – Şəhid Analarına Dəstək İctimai Birliyinin sədri
22. Telman Qasımov – “Elmi Araşdırmalar” İctimai Birliyinin sədri
23. Bəhruz Məmmədzadə – “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin sədri,
24. Mehdi Mehdiyev – Azərbaycan Qarabağ Müharibəsi Əlilləri Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri
25. Füzuli Rzaquliyev – “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
26. Ceyran Əzizova – “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri
27. Naibə Behbudova – “Qürur” Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri
28. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri
29. Oktay Sadıqov – “Qaçqın və Deportasiya Olunmuşlara Dayaq” İctimai Birliyinin sədri
30. Roza Əliqızı – “Əsgər Ailəsi Cəmiyyəti” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədri
31. Fariz Xəlili – MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri
32. Aqil Camal – “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri
33. Şahin Camalov – “İnsan Hüquqları XXI əsr Azərbaycan” Fondunun prezidenti
34. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri
35. Mayis Əliyev – “Sosial Hüquqların Araşdırılması” İctimai Birliyinin sədri
36. Ayşən Hüseynova – Soyqırımı həqiqətlərinin tanıdılması İctimai Birliyinin nümayəndəsi
37. Şəhla Nağıyeva – Sönməz Məşəl Mədəni Əlaqələr İctimai Birliyinin sədri
38. Davud Rəhimli – Əlil Təşkilatlar İttifaqının sədri
39. İradə Rizazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri
40. Adilə Qəmbərova – Xankəndi sakini
41. Arif Tağıyev – Xankəndi sakini
42. Habil İsmayılov – Xankəndi sakini
43. Süleyman Yusibov – Laçın sakini
44. Elxan Təhməzov – Laçın sakini
45. Saleh Qasımov – Ağdərə sakini
46. Bilal Axundov – Ağdərə sakini
47. Məhəddin Quliyev – Ağdərə sakini
48. Ramin Nadirov – Kəlbəcər sakini
49. Ədalət Bəxtiyarov – Kəlbəcər sakini
50. Zümrüd Quliyeva – Ağdam sakini
51. Nadya Allahyarova – Ağdam sakini
52. Gülnarə Əhmədova – Füzuli sakini
53. Səməd Əliyev- Füzuli sakini
54. Güləli Məmmədov – Zəngilan sakini
55. Əlövsət Tanrıverdiyev – Cəbrayıl sakini
56. Murad İbişov – Cəbrayıl sakini
57. Etiraf Qasımov- Zəngilan sakini
58. İslam Bayramov – Xocavənd sakini
59. Faiq Fətəliyev – Xankəndi sakini
60. Məlahət Hüseynova – Xocalı sakini
61. Aqilə Əlizadə – Şuşa sakini
62. İman Allahverdiyev – Xocalı sakini
63. Arif Əliyev – Xankəndi sakini
64. Zamin Həsənov – Xankəndi sakini
65. Famil Şükürov – Şuşa sakini
66. Yelmar Ələsgərov – Şuşa sakini
67. Yasin Məhərrəmov – Xankəndi sakini
68. Gülnaz Salahova – Xankəndi sakini
69. Seymur Nəbiyev – Xankəndi sakini
70. Tacimə Quliyeva – Xankəndi sakini
71. Xəyyam Allahverdiyev – Xankəndi sakini
72. Etibar Abışov – Xocavənd sakini
73. Azad Əliyev – Şuşa sakini
74. Murad Allahverdiyev – Xocalı sakini
75. Vidadi Əliyev – Xocalı sakini
76. Nizami Balayev – Şuşa sakini
77. Əlövsət Vəliyev – Şuşa sakini
78. Fəxrəddin İsmayılov – Şuşa sakini
79. Şükür Quliyev – Xocavənd sakini
80. Roman Quliyev – Xankəndi sakini
81. Tubu İbrahimova – Xankəndi sakini
82. Arif Hüseynov – Xocavənd sakini
83. Muradxan Quliyev – Xocavənd sakini
84. Elçin Dadaşоv – Xankəndi sakini
85. Əbülfət Məmmədоv – Xankəndi sakini
86. Quzal Abbasova – Xocalı sakini
87. Minarə Bayramоva – Xocalı sakini
88. Şükür İbrahimоv – Xocavənd sakini
89. Vaqif Həsənоv – Xocalı sakini
90. Əyanət Məmmədоv – Xocavənd sakini
91. Arif Dоstiyev – Şuşa sakini
92. Mələk Abbasova – Xocalı sakini
93. Elmira Kərimova – Xocalı sakini
94. Nazilə Məhərrəmova – Şuşa sakini
95. Famil Kərimov – Şuşa sakini
96. Anar Əsədov – Xocalı sakini
97. Rəvan Həsənov – Xocalı sakini
98. Rahilə Rəhimova – Şuşa sakini
99. Ramil Babayev – Xocavənd sakini
100. Bəxtiyar Məmmədov – Xocavənd sakini
101. Rafiq Hümbətov – Şuşa sakini
102. Rafail Məmmədov – Şuşa sakini
103. Anar Əbdülov – Xocalı sakini
104. Nəbi Əzimov – Şuşa sakini
105. Nargilə İsgəndərova – Xocavənd sakini
106. Zamin Nadirov – Şuşa sakini
107. Sahibə Şahmuradova – Xocalı sakini
108. Ramil Qasımov – Şuşa sakini
109. Şahnaz Behbudova – Xocalı sakini
110. Seymur Bəxtiyarov – Xankəndi sakini
111. Vahid Ələkbərov – Şuşa sakini
112. Gülnaz Orucova – Xocalı sakini
113. Bakir Məmmədov – Xocalı sakini
114. Tahir Cəfərov – Xocavənd sakini
115. Fatma Hüseynova – Xocavənd sakini
116. Qəmər Məmmədova – Şuşa sakini
117. Mahir Səfərov – Xocalı sakini
118. Məlahət Məmmədova – Xocalı sakini
119. Rəna Əzimova – Xocalı sakini
120. Ramiz Həsənov – Şuşa sakini
121. Qəmbər Məhərrəmov – Xankəndi sakini
122. İlham Kərimov – Şuşa sakini
123. Fəxrəddin Əsədov – Xocavənd sakini
124. Cəlal Camalov – Xocavənd sakini
125. Qabil Əkbərov – Xocalı sakini
126. Zenfira Əliməmədova – Xocalı sakini
127. Surxay Quliyev – Xocalı sakini
128. Elman Xəlilov – Şuşa sakini
129. Sirac Malasov – Kəlbəcər sakini
130. Ceyhun Baxışov -Kəlbəcər sakini
131. Hicran Əmrahova – Kəlbəcər sakini
132. Fəqan Vəliyev – Şuşa sakini
133. Yəhya Niyazov – Şuşa sakini
134. Qənimət Bayramov – Xocalı sakini
135. Elnur Bəylərov – Şuşa sakini
136. Möhübbət Həsənov – Şuşa sakini
137. Elbəniz Hüseynov – Xocavənd sakini
138. Vasif Əliyev – Xocavənd sakini
139. Rövşən Qasımov – Xocavənd sakini
140. Həsən Əhmədov – Xocalı sakini
141. Svetlana Cavadova – Xocalı sakini
142. Fidan Əliyeva – Xocalı sakini
143. Nüşabə Quliyeva – Şuşa sakini
144. Alesiya Bəhmənova – Şuşa sakini
145. Sara Həsənova – Xocəvənd sakini
146. Səyyarə Nəcəfova – Xocəvənd sakini
147. Fuad Salahov – Şuşa sakini
148. Taleh Cabbarov – Xankəndi sakini
149. Bulus Quliyev – Xankəndi sakini
150. Vaqif Həsənov – Şuşa sakini
151. Emin Zeynalov – Şuşa sakini
152. İlqar Əmirov – Xankəndi sakini
153. İsmayıl Cəbrayılov – Şuşa sakini
154. Əfqan Rzayev – Xankəndi sakini
155. Möhübbət Səfərov – Xankəndi sakini
156. Əvəz Mehralıyev – Şuşa sakini
157. Qalib Mirzəliyev – Şuşa sakini
158. Nəbi Qasımov – Xocavənd sakini
159. Rasim Hüseynov – Xocavənd sakini
160. Fazil Quliyev – Xocalı sakini
161. Ədalət Qasımov – Şuşa sakini
162. Məhəmməd Zeynalov – Xocalı sakini
163. Əhliman Quliyev – Xocalı sakini
164. Ramiz Süleymanov – Şuşa sakini
165. Mənsur Nəcəfov – Xocalı sakini
166. Fikrət Abbasov – Xocavənd sakini
167. Vahid Abbasov – Xocalı sakini
168. Cəmil Rəhimova – Xocalı sakini
169. Valeh Allahverdiyev – Şuşa sakini
170. Aslan Əmirov – Şuşa sakini
171. Zahir Usubov – Xocalı sakini
172. Mahirə İsmayılova – Xocalı sakini
173. Səxavət Abbasov – Şuşa sakini
174. Mehman Həşimov – Xocalı sakini
175. Gəray Həşimov – Xocalı sakini
176. Xatirə Cəfərova – Xocəvənd sakini
177. Vasif Həşimov – Şuşa sakini
178. Vüqar Kərimov – Şuşa sakini
179. Rza Məmmədov – Xocəvənd sakini
180. Səbuhi Məmmədov – Şuşa sakini
181. Reyhan Quliyeva – Şuşa sakini
182. Novruz Rəsulov – Xankəndi sakini
183. Müzəffər Qurbanov – Xankəndi sakini
184. Sevil Şükürova – Xankəndi sakini
185. Elxan Ağayev – Şuşa sakini
186. Vaqif Ağayev – Xocalı sakini
187. Vaqif Məmmədov – Xocalı sakini
188. Zülfü Quliyev – Xocalı sakini
189. Məzahir Ağayev – Xocalı sakini
190. Nadir Məmmədov – Xocalı sakini
191. Fazil Quliyev – Xocalı sakini
192. Məhəmməd Zeynalov – Xocalı sakini
193. Vaqif Məmmədov – Xocalı sakini
194. Ələmşah Hüseynov – Şuşa sakini
195. Məmməd Süleymanov – Şuşa sakini
196. Xanımzər Sadıqova – Şuşa sakini
197. Nazim Mirzəyev – Xankəndi sakini
198. İnşallah Mahmudov – Xankəndi sakini
199. Lətafət Quliyeva – Şuşa sakini
200. Tacir İsmayılov – Xocalı sakini
201. Adil Əzizоv – Şuşa sakini
202. Mustafa Səfərov – Laçın sakini
203. Ülfət İlyasov – Laçın sakini
204. Rauf Əhmədov – Laçın sakini
205. Mahir Səmədov – Ağdərə sakini
206. Təbib Əzizov – Ağdərə sakini”.
Subyekt.az